Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatı davam edir.
Qol.az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün 9-cu turun görüşlərini keçiriblər. Kişilərdən ibarət yığmamız Fransa qarşılaşıb. Oyun rəqiblərin qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
Şahmatçılarımızdan Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub.
Bu nəticə Azərbaycan yığması ilk 3-lükdən kənarda qalıb və 12 xalla 5-ci yeri tutub. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb.
Qadınlardan ibarət yığmamız isə Niderland üzərində qələbə qazanıb - 2,5:1,5. Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib. Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub.
Daha əvvəl Azərbaycan komandası 2019-cu ildə Avropa çempionatının bürünc medalçısı olub.
Avropa çempionatı, 9-cu tur
21 noyabr
Kişilər
Fransa - Azərbaycan - 2,5:1,5
Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5
Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5
Jil Mussar - Nicat Abbasov - 0,5:0,5
Qadınlar
Azərbaycan - Niderland - 2,5:1,5
Günay Məmmədzadə - Jaogin Penq - 1:0
Gülnar Məmmədova - Elin Roebers - 0:1
Ülviyyə Fətəliyeva - Maçteld Van Forest - 1:0
Gövhər Beydullayeva - Tea Lançava - 0,5:0,5
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır