Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin kapitanı Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.
QOL.az həmin müsahibəni təqdim edir.
- Ümumdünya Şahmat Olimpiadasına hazırlıq barədə fikirlərinizi öyrənmək istərdik.
- Hazırlıq yaxşıdır, hal-hazırda son təlim məşq toplanışındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadır.
- Lövhələr üzrə şahmatçıların bölgüsü nə vaxt müəyyənləşəcək?
- Lövhələrdə şahmatçıların bölgüsü kapitan və məşqçi heyətinə məlumdur. İctimaiyyət üçün yarış günü açıqlanacaq.
- Qadın şahmatçılardan ibarət Azərbaycan komandasının şansları barədə nə söyləmək olar?
- Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar arasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdir. Ümid edirik ki, bəxt bizim tərəfimizdə olar.
-Komanda səfərə nə vaxt yollanacaq?
- Sentyabrın 15-də Səmərqənd şəhərində olacağıq. Bir gün sonra isə olimpiadada ilk turun partiyaları keçiriləcək.
- Siz eyni zamanda digər şahmatçıların hazırlığında iştirak edirsiniz. Gənc şahmatçıların gələcəyi barədə nə düşünürsünüz?
- Gənc şahmatçılarla da çalışıram. İyundan etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, Türkiyə Superliqasında kifayət qədər yaxşı oynadı və beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirdi. Əlbəttə, çoxdan gözlənilən uğurdur. Fikrimcə, çoxdan bu normanı bitirməliydi. Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməkliyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə şahmatçıdan çox amil asılıdır. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək