Gəncə şəhərində 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.
QOL.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir. Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.
Yarışa martın 30-da yekun vurulacaq.

"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda