"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib
- Hazırda “Sumqayıt”da işlər necə gedir?
- Bir az istirahət etmək istəyirik. Düzü hələ istirahət etməmişik (gülür). Bəzi həll olunmaya məsələlər var idi, onlara aydınlıq gətirdik. Bildiyiniz kimi "Sumqayıt"la 1 illik müqavilə imzaladım. Əsas məsələ futbolçuları qoruyub saxlamaqdır.
- Konfrans Liqasına hazırlıq nə vaxt başlayır?
- Təlim-məşq toplanışının ilk mərhələsi Sumqayıtda olacaq. Bu ayın 17-si komanda bir araya gələcək. Çalışacağıq ki, 1 yoldaşlıq görüşü keçirəcək. İkinci mərhələni rəhbərliklə müzakirə edirik. İstəyirik ki, bu toplanışı ölkə xaricində edək. Yaxın günlərdə hər şey daha dəqiq məlum olacaq. Heyətimizi qoruyub saxlamaq və yeni oyunçuların alınması əsas məqsəddir. Bilirsiniz ki, buna görə tez yığışacağıq. Ona görə yaxşı rəqiblərlə yoldaşlıq görüşləri keçirməliyik.
- Növbəti mövsüm üçün hansı hədəflər təyin olundu?
- Bununla bağlı müzakirələr gedir. Hər bir cəhətdən inkişaf etmək istəyirik. Əsas məsələ heyəti qorumaqdır. Bilirik ki, futbolçularımıza təkliflər çoxdur. Buna bir tərəfdən sevinir, digər tərəfdən üzülürük. Sevindirən məqam odur ki, futbolçular bu mövsüm "Sumqayıt"da gözəl mövsüm keçirdilər, inkişaf edib milli komandaya düşdülər. Bu gün də onlara bir çox klublardan təklif var. Ona görə üzülükür ki, heyəti qorumaqda çətinlik var.
- Mehdi Cənnətovun gedişi komandaya necə təsir edəcək?
- Mehdi bizim ən yaxşı oyunçularımızdan biri idi. Ona gələn təklifi barəsində bizimlə məsləhətləşdi. Bizim klubumuzun müəyyən büdcəsi var. O büdcədən də kənara çıxa bilmirik. Mehdi "Sumqayıt"da yaxşı mövsüm keçirdi. Ona uğurlar arzu edirəm. Amma başqa futbolçuların da ayrılacağı istisna deyil. Yaxın günlərdə məlum olacaq.
- Hansı mövqe üzrə transfer etməyi düşünürsünüz.
- Bir neçə futbolçu ilə danışıqlar gedir. Dediyim kimi, öz heyətimizi qoruya bilsək, bəzi mövqelərdə rəqabətin olmasını istəyirik. Əsas da hücum xəttində. Yaxın günlərdə Mehdi Cənnətovun yerinə qapıçı transfer etməliyik. Belə deyək, hər bir mövqeyə futbolçu transfer etməyi düşünürük.
- Xaricdən futbolçu etmək kimi bir planınız varmı?
- Xeyr, digər klublar kimi sırf əcnəbi yox, azərbaycanlı və Azərbaycana bağlı olan futbolçular axtarırıq. Təklif olunan futbolçulara baxırıq. Perspektiv görəndə yol açırıq.
- Komandanın büdcəsi ilə bağlı hansı qərar verildi?
- Sponsorlarımız var. Baş sponsor "Azərkimya"dır. Səssizlik elə ona görə idi. Rəhbərlik görüşdü, danışıqlar uğurla getdi və büdcə təyin olundu. Heyətimizi qoruya bilsək ötən mövsümki kimi əzmkar, mübariz "Sumqayıt" görmək istəyirik. Büdcəmizə uyğun komanda qururuq. Əsas odur ki, büdcədə azalma yoxdur. Lakin elə futbolçularımız var ki, indiki məqamda onları saxlamaq çətindir.
- Ötən ilin az büdcəli klubu olsanız da, ciddi uğura imza atdınız. Sırf buna görə büdcəni artırmaq olmazdımı?
- Bu gün pandemiya şərait davam edir. Sponsorlar da çalışır. Çalışmırlar desək, haqlarına girmiş olarıq. Çempionatın gedişində də işimizə qiymət verirdilər.
- Höccət Haqverdinin milli komandadakı çıxışı sizi qane etdi?
- Höccəti çox bəyənirəm. Onu komandaya dəvət edəndə perspektivini görürdük. Futbol anlayışı, savadı yaxşıdır. Düzdür, hər məşqçinin öz baxışı var. Amma oyunu milli komandaya uyğundur. Millidə ilk oyunlarını keçirsə də, pis çıxış etmədi.
- Mahir Emreli "Legiya"ya transfer olundu. Bu haqda nə deyə bilərsiniz?
- Əlbəttə, Mahirə uğurlar arzu edirəm. Düzgün və məsuliyyətli qərar verdi. Azərbaycan futbolunun gözü Mahirin üstündə olacaq. Hər kəs ona azarkeşlik edəcək. O, Azərbaycanda ən bəyəndiyim futbolçulardandır. Son illərin yaxşı oyunçularından biridir. 3 ildir bombardirlər sırasındadır. "Qarabağ"la Çempionlar Liqası, Avropa Liqasında iştirak edib. Milli komandanın üzvüdür. Onun getmək vaxtı idi. Elə çıxış etsin ki, digər futbolçularımıza da elçi düşsünlər. Polşadan da daha güclü çempionatlara getsin. Bizim gənc oyunçularımız da var ki, bir neçə ildən sonra onlar da yaxşı klublara transfer oluna bilərlər.
Ağa Dadaşzadə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko