"Sabah" klubunun gənc yarımmüdafiəçisi Veysəl Rzayev üzvü olduğu U-21 millisinin "Neftçi"yə qarşı görüşündən (1:3) sonra Qol.az saytına müsahibə verib.
- U-21-in çıxışını necə dəyərləndirirsiniz?
- Komanda yeni qurulub, yeni futbolçular var. Onların sırasıma özümü də əlavə edə bilərəm. Komandamız yeni qurulduğundan uşaqlar hələ tam uyğunlaşmayıb. Tezliklə möhkəmlənəcəyik. İstəkli bir komandamız var, hər kəs uğura inanır, özünə güvənir. Hədəfimiz Avropa çempionatında iştirak etməkdir.
- Yoxlama görüşü olmasına baxmayaraq, "Neftçi"yə qarşı yaxşı mübarizə apardınız. Eyni zamanda rəqibin ulduz futbolçusu Keysuki Honda qol vurdu və qol ötürməsi verdi. Onunla rəqib olmaq necə bir hiss idi?
- Bəli, Honda tanınmış futbolçudur. "Milan" kimi klubda çıxış edib, oyun zamanı çox sərbəst və hiyləgər hərəkət edirdi. Mən meydana daxil olanda əvəzləndi. Ümid edirəm ki, çempionatda rəqib kimi qarşılaşacağıq.
- Yerli çempionatdan danışaq. Mövsümün sonuna az qalıb. "Sabah" bu vəziyyətdən necə çıxa bilər?
- Hələlik mövsüm bizim üçün uğursuz keçir. Hər məğlubiyyətdən sonra komanda istəyir ki, daha yaxşı oyun nümayiş etdirsin. Qalib gəlmək üçün çatışmayan cəhətlər var. Bunun səbəblərini komanda şəklində araşdırırıq. Ramin Quliyev yeni baş məşqçimizdir. İnanırıq ki, onun qurduğu plan səhvlərimizi düzəltməyə kömək edəcək. Növbəti oyunlara yalnız 3 xal üçün çıxacağıq. Özümüzə inanırıq və güvənirik.
- "Sabah"ın şanslarını necə dəyərləndirirsiniz?
- Sənin oyunun A milli komandasının məşqçilərinin xoşuna gəlib. Bu, arxayınlığa səbəb olmayacaq?
- Bundan xəbərim var idi. Amma bu, məni nə arxayınlaşmağa, nə də başqa bir mənfi amilin səbəb olmasına şərait yaradacaq. Bəzən futbolçu 2-3 oyunda yaxşı təsir bağışlayır, mənasız yerə arxayınlıq yaranır. Amma məndə elə bir hiss yoxdur. Düzdür, bir müddət sonra sərbəst olursan, lakin arxayınlıqdan söhbət gedə bilməz.
- Ümumiyyətlə gənc futbolçularımız özünü göstərə bilmir. Səbəbi nədir?
- Məncə, bu, bəzi məqamlarda yaranan təcrübəsizlikdən irəli gəlir. Bəzən görürsən ki, ilk dəfədir böyük meydan görür, həyacanlanır. Amma bu, keçici bir şeydir. Zamanla düzəlir. Bunun üçün ancaq irəli baxmaq lazımdır. Sonunda hər şey öz yoluna düşəcək.
- Sizə özünüzü sübut etmək üçün nə lazımdır?
- Bilirsiniz, nə qədər çox məşq etsək, özümüzü kökləsək, amma oyuna şans verməsələr, bunlar hamısı boşa gedir. Biz gənclərə özümüzü göstərmək üçün şans lazımdır. Özümə gəldikdə inanıram ki, baş məşqçi mənə şans verəcək. Mən də özümü ən yaxşı tərəfdən göstərəcəyəm. Heç kimin şübhəsi olmasın.
Ağa Dadaşzadə
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov