“Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbano Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə Bakıda keçiriən cavab oyunundan (0:2) sonra mətbuat konfransında deyib.
- “Qarabağ” adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?
- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən rəqibə qol epizodları verdik. Açığı, mən oyunumuzdan razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.
- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? “Qarabağ”ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?
- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.
- Avropa Liqası matçına görə çempionat oyununun təxirə salınması ilə bağlı PFL-ə müraciət edəcəksiniz?
- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salmaq yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.
- Rəqib sizi nə ilə təəccübləndirdi?
- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdir avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.
- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?
- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.
- Hakimliklə bağlı nə deyərdiniz?
- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.
- Ozobiç uzun müddət komandaya kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?
- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu