“Bacardığımız qədər vuruşduq” - Əfran İsmayılov

“Bacardığımız qədər vuruşduq” -  Əfran İsmayılov
MÜSAHİBƏ 9 Oktyabr 2017 / 02:19 7652
-  A +

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan millimiz 1:5 hesablı məğlubiyyətə üzülüb. Qol.az xəbər verir ki, matçdan sonra komandamızın üzvü Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.


- Oyunla bağlı nə demək olar?

- Bacardığımız qədər vuruşduq, çalışdıq ki, yaxşı oynayaq. İlk hissə də 1:1 bitdi. Ancaq biz Çexiya ilə oyunda yorulmuşduq, almanlar isə tamamilə yeni oyunçularla çıxmışdılar. Ona görə də gücləri sona qədər çatdı və lazımi qolları vura bildilər.

- Amma ilk hissədə yaxşı oynayırdıq...

- Bütün gücümüzü qoymuşduq. Tədricən isə itirməyə başladıq və uduzduq. Deyərdim ki, gücümüzü düz bölmədik.

- Beş qolun qarşısında 1 qol müsbət amildi, yoxsa diqqət çəkmir?

- Heç ən güclü komandalar da almanlara qol vura bilmirlər. Əlbəttə ki, müsbət məqamdı.

- Ramilin qol vurmağı “Qarabağ” və gələcək milli üçün xeyirli olacaq?

- Ramil istədiyini elədi, hücumçudu, işi qol vurmaqdı. Gec-tez fərqlənəcəkdi. İnanıram ki, davamı gələcək.

- Seçmə mərhələ başa çatdı...

- Maraqlı tsikl oldu. Deyərdim ki, bizim üçün qırılma nöqtəsi Şimali İrlandiya ilə oyun oldu. Orda biz çox şey itirdik. Sonra toparlana bilmədik.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner