Haalandın "Barselona" arzusu

Haalandın "Barselona" arzusu
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2026 / 11:36 690
-  A +

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerasını “Barselona”da davam etdirmək variantını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı norveçli futbolçu kataloniyalıların hücum xəttində Lamin Yamal ilə birlikdə çıxış etmək istəyir. Bildirilir ki, Haaland “Mançester Siti”dəki dövrünün başa çatmaq üzrə olduğunu düşünür və mövsümün sonunda komandadan ayrıla bilər.

Haalandın qərarına təsir edə biləcək digər amil “Mançester Siti”nin maliyyə qaydalarının mümkün pozuntuları ilə bağlı araşdırma çərçivəsində sanksiyalarla üzləşməsi ehtimalıdır.

Nəşrin iddiasına əsasən, Haalandın nümayəndələri mümkün transferi “Barselona”nın prezidenti Xoan Laporta ilə müzakirə etməyə hazırdırlar. Bununla belə, tərəflər arasında aparılan danışıqlar hələlik konkret razılaşma ilə nəticələnməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner