Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan “Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.
İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla “Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi “Atletiko” və “Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq “Qarabağ”a rəqib olub...
- Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?
- Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.
Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. “Qarabağ” bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.
- Bəs, bir jurnalist kimi “Qarabağ”ın uzun illər yaşadığınız Londonun "Çelsi" klubu ilə rəqib olmasını necə qarşıladız?
- Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən “Qarabağ”a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl “Qarabağ”ı burada “Tottenhem”lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.
- İngilis mediasının “Qarabağ”a münasibəti necə oldu?
- İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun “Çelsi” futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.
- Bəs, yazılarda Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı nəsə olmur?
- O qədər də yox. Sadəcə olaraq yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir
- İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?
- Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq...
- “Stemford Bridj”dəki ab-havanı necə təsvir edərsiniz?
- “Çelsi” Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan “Çelsi” hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, “Çelsi” azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, “Semfrd Bridc”dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi