“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi
- Arif müəllim, necə gedir işləriniz?
- Meydanda deyiləm. Amma UEFA-nın məşqçi kurslarında təlimatçı vəzifəsini yerinə yetirirəm. AFFA-da çalışıram.
- Məşqçiliyə qayıtmaq fikriniz var?
- Əlbəttə, mənim əsas işim budur. Məşqçiliyə başladım, nəyəsə nail oldum, ancaq bir neçə ildir ki, işsizəm. İşləmək istəyirəm. Ancaq gərək iş də ürəyincə olsun. Boş-boş gün keçirmək mənim üçün iş deyil.
- Sizin kimi onlarla yerli məşqçilərimiz hazırda işsizdir. Bunun səbəbi nədir?
- Əsas səbəblərdən biri odur ki, Premyer Liqamızda cəmi 8 komanda çıxış edir, amma məşqçilərin sayı çoxdur. Əslində birinci divizonda işləmək olar. Mənə indi də ordan təkliflər gəlir. Sadəcə, birinci dəstə reytinq baxımından çox aşağı görünür. Birinci divizionda çempion olan komanda yüksək liqaya çıxa bilmir. Divizion klubunda perspektiv görsəm, orda çalışaram. Bilərəm ki, hansısa məqsəd uğrunda işləyirəm. Ancaq divizion klublarının heç bir məqsədi yoxdur. Son vaxtlar isə divizionda bəzi klubların nə işlərlə məşğul olması hamıya məlumdur. Adımızı orada batırmaq istəmirik.
- Uşaq futbolunda çalışmaq istərdiniz?
- Uşaq futbolunda verilən məvaciblər çox aşağı olduğundan məşqçilərimiz ora maraq göstərmir. Bu gün uşaq futbolunda elə bir sistem var ki, təzə gələn gənc məşqçi ilə təcrübəli məşqçi eyni maaşı alır. Bu cür hallar məşqçilərimizin işsiz qalmasına gətirib çıxarır. Gözləyirik ki, ürəyimizcə iş olsun.
- Düşünürsüz ki, Premyer Liqada klubların sayı artsa, işsiz məşqçilərin sayı azalacaq?
- Təbii ki 12 komanda olsa, artıq 4 yerli pro kateqoriyalı məşqçiyə tələbat olar. Bundan əlavə, köməkçi məşqçilər də lazım olacaq. Klubların sayının artması bir çox işsiz məşqçilərin meydanlara qayıtmasına səbəb olar.
- AFFA məşqçi kurslarının sayını artırır, ancaq bu məşqçilərin harda işləyəcəyi sual doğurur.
- Məşqçi kursları UEFA-nın tələbi ilə keçirilir. Bəli, getdikcə məşqçilərin sayı çoxalır. Klubların sayının azalması onların işsizlik problemini artırır.
- Ötən mövsüm 8 komandalı çempionatımızda rəqabət görmədik. Yenə komandaların sayı 8-dir. Növbəti mövsümdən nə gözləyirsiz?
- Necə olacağını bir neçə turdan sonra biləcəyik. Məncə, 8 komandalı çempionat müvəqqəti xarakter daşıyır. Yəqin ki, növbəti illərdə komandaların sayı artacaq. Əks halda həm futbolçuların sayı azalaq, həm də işsiz məşqçilər çoxalacaq.
- Növbəti mövsüm “Qarabağ” və “Qəbələ”dən başqa daha hansı komandada yaxşı nəticə gözləyirsiniz?
- Məncə, “Neftçi” də çempionluq və ya avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. “Sumqayıt”dan da yaxşı oyun gözləyirəm. Komanda getdikcə strategiyasını dəyişir. Artıq təcrübəli futbolçular da heyətə cəlb olunur. Görünür, nəticə qazanmaq istəyirlər. Yəqin ki, bu mövsüm avrokuboklara vəsiqə üçün oynayacaqlar. “Zirə” də yaxşı mübarizə aparacaq. Çempionluq uğrunda “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin oynayacağını düşünürəm. “İnter”in vəziyyəti isə qeyri-sabitdir. Bu komanda haqda nəsə demək çətindir.
- “İnter”in adı “Keşlə” olur. Futbolumuzda bu cür hallara münasibətiniz necədir?
- Bir neçə il əvvəl də bu məsələ gündəmdə idi. Bəzi komandaların adlarını dəyişdirmək istəyirdilər. İndi dəyişikliyin səbəbini bilmirəm. Əsas ad yox, komandanın oyunudur. Yenilik olmadığı üçün bu cür məsələlər təəccüb doğurmur.
- Sonda “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə mübarizəsi haqda fikirlərinizi bilmək istərdik.
- Pley-off mərhələsində zəif rəqib ola bilməz. Amma “Kopenhagen” “Qarabağ” üçün keçilməz deyil. Təmsilçimizin bu rəqibini keçmək üçün gücü var. Şansları bərabər sayıram. Artıq neçə ildir ki, “Qarabağ” bu hədəfə doğru gəlir. Bu il futbolumuzda yenilik etməlidir. Çoxları “Qarabağ”ın “Kopenhagen”lə 1998-ci ildəki oyunlarını yada salır. Ancaq artıq “Kopenhagen” o futbolu oynamır. Danimarka futbolu eniş dövrünü yaşayır. İndi daha çox yerli futbolçulara üstünlük verirlər. “Kopenhagen”də tanınmış futbolçu yoxdur. Orta səviyyəli komandadır.
Ramiq AĞAMƏMMƏDOV
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi