Messi və Suares dubl etdi, uğursuz seriya bitdi

Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
DÜNYA FUTBOLU 11 Oktyabr 2026 / 09:50 512
-  A +

“İnter Mayami” MLS-də növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Lionel Messinin kapitan olduğu komanda 28-ci turda doğma meydanda “DC Yunayted”i 4:0 hesabı ilə məğlub edib.

Fort-Loderdeyldə yerləşən “DRV PNK” stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin heyətində Luis Suares və Lionel Messi dubl müəllifi olublar.

Bu qələbə ilə “İnter Mayami” MLS-də 5 oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda əvvəlki 5 matçda 4 heç-heçə edib və 1 dəfə məğlub olub.

Qeyd edək ki, "İnter Mayami" Şərq konfransında 49 xalla 2-ci, "DC Yunayted" 30 xalla 12-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner