“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubun maliyyə qaydalarını pozması ilə bağlı komissiyanın qərarına münasibət bildirib və azarkeşlərə müraciət edib.
QOL.az xəbər verir ki, futbolçu bu barədə “Sky Sports”a açıqlamasında danışıb.
Haaland komandanın çətinliklərə baxmayaraq, birliyini qorumasının və müsbət əhval-ruhiyyədə qalmasının vacibliyini vurğulayıb.
“Biz bir yerdə olmalıyıq. Birliyimizi qorumalı və pozitiv düşünməyə davam etməliyik. Həyatda nə baş verməsindən asılı olmayaraq, üzümüzdə həmişə təbəssüm olmalıdır.
Buna görə də müsbət düşünməli, yalnız irəli baxmalı, meydanda qələbələr qazanmağa davam etməli və oyundan zövq almağa çalışmalıyıq. Bir-birimizə dəstək olmalı, sevgimizi bölüşməliyik. Birlikdə olun, bu yolun dadını çıxarın və gülümsəyin.
Mən bu şəhəri bütün qəlbimlə sevirəm və azarkeşlərimiz üçün çox narahatam. Çünki özümü də klubun azarkeşi hesab edir, onların bütün hisslərini bölüşürəm” – deyə Haaland bildirib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı