"Rəqib hər cəhətdə bizdən öndə idi" - Cavid Hüseynov

"Rəqib hər cəhətdə bizdən öndə idi" -  Cavid Hüseynov
MÜSAHİBƏ 4 Avqust 2017 / 00:10 4817
-  A +

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Panatinaikos”a uduzduqları oyundan (1:2) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyəti nə ilə izah edərdin?

- Rəqibimiz həqiqətən də güclü idi. Çox komponentdə bizdən yaxşı çıxış etdilər. Hər cəhətdə birzdən bir addım öndə idilər. Elə oldu ki, ilk qolu biz vurduq. Daha sonra Monrozun yaxşı fürsəti olsa da, qapıçıları yaxşı oynadı. 3 dəqiqə sonra arzulamadığımız qolu buraxdıq. Ani diqqətsizlik oldu. Rəqib cərimə meydançasında boş idi. Ondan sonra özümüzə gəlmədik.
 

- İlk qoldan sonra komanda hücumlara atılmaqda tələsmədi?

- Bəlkə də elə olmalı idi. Biz fürsətlərə görə belə etdik. Bizə də belə tapşırılmışdı ki, qol vurduqdan sonra tempi aşağı salaq. İnanırdıq ki, ilk qolu biz vuracağdıq. Sadəcə, qolu buraxmaqla hər şey getdi.
 
- İlk hissədə “Qəbələ”nin oyunu heç alınmadı. Özünüz belə oynayırdınız?

- Xeyr, səviyyə ortadadır. Çox yaxşı rəqib idi. Top komandadır.
 
- Heyətdə dəyişikliklərin mübarizəni dayandırmağınızda rolu oldu?

- Bu da ola bilər. Deyə bilmərəm problem nədədir. Təzə oyunçular da gəldi. Görünən o idi ki, rəqib qələbəyə layiq idi.
 
- Ötən mövsümkü “Qəbələ” bu “Panatinaikos”u keçə bilərdi?

- Nəsə deməkdə çətinlik çəkirəm. Bu haqda heç nə deyə bilmərəm.
 
- Fiziki cəhətdən də “Qəbələ” zəif görünürdü...

- Rəqibdə ağıllı futbolçular çoxdur. Bu da rahat şəkildə görünürdü.
 
- Gedən futbolçulardan hansının yeri daha çox görünürdü?

- Yalan deyərəm. Bu dəqiqə o haqda düşünmürəm.
 
- Azərbaycan Premyer Liqasına daha yaxşı köklənə biləcəksiniz?

- Fikrimizi Avropa Liqasında cəmləmişdik. Çempionat haqda düşünmək istəmirdik. Artıq uduzmuşuq. Nə edək? Məcburuq ki, daxili çempionatı fikirləşək.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi