Premyer Liqamızın 17-ci turunun bu gün keçirilən “Səbail” – “Qəbələ” qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da davam edəcək ki, sadəcə, yazının mövzusu bu deyil.
Ona görə birbaşa keçirəm mətləbə. Matçı Bayıl stadionundan (arenanın indiki adı nəsə dilə yatmır) canlı izlədiyimdən əvvəl müsbət, sonra isə nöqsanlı məqamları qeyd etmək istəyirəm.
Birinci müsbət məqam
“Səbail”də Ruslan Hacıyev adlı 21 yaşlı bir cinah yarımmüdafiəçisi var. Aftandil Hacıyevin “Qarabağ”ın aşağı yaş qrupundan komandasına cəlb etdiyi bu istedadlı oyunçunun yaxşı gələcəyi ola bilər. “Qəbələ” ilə görüşdə əzmkarlığı, istəyi, sürəti ilə müsbət mənada fərqləndi. Hesabda geridə olan komandasının qələbəsində (3:1), fikrimcə, ən çox pay sahibi də məhz Ruslan oldu. Fərdi bacarığına görə cərimə meydançasına girib, əvvəlcə ikinci qolun ötürməsini etdi, sonra isə üçüncü qolla yekunlaşan penalti qazandı. Gərək ki, o, “Keşlə” ilə matçdakı yaxşı oyununa görə ötən turun rəmzi komandasına da düşüb.
Deməli, futbolumuzda hər şey qara rəngdə deyil. Az da olsa, yaxşı gənclərimiz yetişir. Kaş ki, gələcəkdə Ruslanda arxayınlıq, özünəvurğunluq yaranmasın. Əksinə, onun üçün hər şey indi başlayır. Həvəslənib istedad və potensialından layiqincə istifadə etsə, özü də qazanacaq, futbolumuz da.
İkinci müsbət məqam
“Səbail” özünə gəlir. Komanda həqiqətən çox istəkli və əzmkardır. Tasadüfi deyil ki, son iki turda qalib gəlirlər. Komanda 18 xalla 7-ci pillədə olsa da, 4-cü yerdəki “Sumqayıt”la arasında cəmi 4 xal fərq var. Bu gün ikinci hissəyə məğlub başlayan komanda 3 qol vurub layiq olduğu qələbəni qazandı. Məşqçi Hacıyevin işi görünür.
Yeni transfer, kənardan zahirən 16 yaşlı məktəblini xatırladan 28 yaşlı Hendrik Ekşteyn oyunun qurulmasında və ümumən çox fəal idi. Hələ ki, uğurlu transfer olduğunu qeyd edə bilərik. Sadəcə, “Səbail”ə aidiyyatı olmasa da, maraqlıdır, “Sabah” Ekşteynlə müqaviləni bu qış fasiləsində niyə və hansı məntiqlə ləğv edib?
Mənfi məqam (“Səbail”)
Ehtiyac olmadığı halda Maykl Essyen yenə də start heyətində yer almışdı. Dəfələrlə qeyd olunduğu kimi, 37 yaşlı bu futbolçu ağırdır, fiziki olaraq çatdıra bilmir. Komandasına xeyiri yox, ziyanı dəyir. Meydana çıxdığı hər oyunda “Səbail” sanki bir nəfər azlıqda oynayır. Bu gün də 62-ci dəqiqədə əvəzləndi. Ortada oynayan bir futbolçu üçün bu, ciddi nöqsandır. Ümumiyyətlə, mövsümün sonu Esyyenlə bir futbolçu kimi əməkdaşlıq dayandırılmalıdır. Klub rəhbərliyi bu haqda ciddi düşünməlidir.
Yeri gəlmişkən, “Səbail”ə artıq konkret rəsmi vəzifəsi olan bir idarəçi təyin edilməlidir. Media da, ictimaiyyət də bilməlidir ki, bu klubun işlərini kim idarə, icra edir. Belə bir şəxs faktiki olmadığına görə qeyri-müəyyənlik davam edir, xeyli sual da cavabsız qalır.
... Və “Qəbələ”.
Azərbaycan tarixinin ən yaxşı üç klubundan birinin yaxşı olmayan iqtisadi durumunun əsas komandaya vurduğu zərbə hər tur özünü göstərir. 17 oyuna cəmi 13 xal və sonuncu yer. Futbolçular çoxu gənc və təcrübəsiz (içlərində ümidvericiləri və potensiallıları olsa da. Xüsusi vurğulayacağım: Amin Seydiyev), məşqçi də həmçinin. Legionerlərin ümumi səviyyəsi də aşağı. “Qəbələ” sırf imkansızlıqdan belə çarəsiz duruma düşüb. Amma yenə də məhdud imkanlarla komanda ayaqda dura bilib. Amma klubun büdcəsi ilə bağlı belə qeyri-müəyyənlik davam etdikcə Avropaya ən azı çempionat yolu ilə getməkdən danışmaq da nağıl olar...
Aydın BAĞIROV
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər