Yol tikməyə gedəcəkdin...
Bəs nə oldu, day-dara-dam-dam?
Bordini nətər qaldırıb dağın başına qoydularsa, o da elə öyrəşmədiyindən tappaturupla gəldi düşdü yerə. Amma "Neftçi”ni xilas etməyin yolu var.
Təzədən Tərlan Əhmədovu gətirirsinən "Neftçi”yə, komandanı toparlayır, qaldırır 1-2-ci yerə və sonra yenə bir Bordin kimisini tapıb gətirirsən. Ümumiyyətlə, bir çox xarici məşqçilər dəlləkliyi bizim millimiz və klublarımızın başında öyrənirlər və bəzən də qulağını kəsib çıxıb gedirlər.
Allahverdi Bağırov futbolçuları çayxanadan yığıb gətirmişdi.
Ağdamın Ağdam vaxtında Allahverdi Bağırov "Qarabağ”ın məşqçisi işlədiyi zaman Bakıdan teleqram gəlir ki, "Qarabağ” "Məhsul” cəmiyyətinin keçirdiyi yarışlar üçün təcili Bakıya gəlməlidir, əks halda cəzalanacaq. Futbolçular da hərəsi bir yerdə istirahətdə idi. Allahverdi qalır naəlac, gəlir bulvardakı çayxanaya. Deyir ki, ə, kim, futbol oynaya bilir, dursun ayağa, yeməyiniz, içməyiniz, hər şey mənlik, təcili Bakıya yarışa gedirik.
Uşaqları doldurur avtobusa, üzü güləbətinə, yəni Bakıya.
İndiki "Bakcell Arena”nın yerində yarışlar keçirilən bir stadion vardı. Hamımız yığılıb getmişdik futbola. "Neftçi”nin əvəzedici heyətinin qapıçısı Saşa (Hüseyn Əhmədov), əsas hücumçusu Elbrus Abbasov, “Qarabağ”ın direktoru Adil Nadirov.
Oyun gedir və təbii ki, çayxanadan gələn uşaqlar futbol yox, top-top oynayırdı.
Saşa qapıçının arxasında durub bağırır:
- Ə, sağa çıx! Ə, sola çıx! Ə "stenka”nı düz qur! - və s. və ilaxır.
Elbrus Abbasov meydanın kənarından hücumçuları yönləndirir:
- Getdin, ə, getdin! Sağa bax!
Adil Nadirov mərkəz müdafiəçisini yönləndirir:
- 9 nömrəni gözdən qoyma! Sol tərəf boşdu! Qorxma yıx!
Allahverdi Bağırov da məcbur olub o yaşında girdi oyuna. Nə isə. Çayxana uşaqları ilə oyunu udduq. Əslində oyunu başda Allahverdi olmaqla Saşa, Elbrus, Adil uddu. Çayxanadan gələn uşaqlar onların əmrlərini layiqincə yerinə yetirdilər.
İndi Azərbaycan komandaları legionerlərin əlindən tığ verir. Legionerlərin oyunlarına baxdıqca yadıma Allahverdinin çayxanadan yığıb gətirdiyi uşaqlar düşür. Elə bil bu legionerləri də xarici ölkələrdə hansısa komandaların fanatlarının yığışdığı barlardan gətiriblər. O xarici məşqçilər də həmin barların barmenləridir.
Sadəcə olaraq onların Allahverdiləri, Adilləri, Saşaları, Elbrusları çatışmır.
Aqil ABBAS
P.S. "Sumqayıt” nə qədər ki özümüzkülərlə oynayırdı, gül kimi komanda idi, gözəl oyun nümayiş etdirirdi. Elə ki "çayxanalardan” legionerləri yığıb gətirdilər, düşdülər "Neftçi”nin gününə.
"Sabah”a da gözəl sabahlar arzulayıram!
5 manat artıq maaşdan ötəri özünün boya-başa çatdığı, ona şöhrət gətirən komandanı qoyub qaçan futbolçulara da bir örnək verim: Anatoli Banişevskinin Anatoli Banişevski olan vaxtında, şöhrəti dünyaya sığmayanda "Neftçi” yüksək liqanı tərk elədi, amma Banişevski Moskva və Kiyevin məşhur komandalarının təklifini qəbul etmədi və sonadək az maaşla "Neftçi”də qaldı.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu