Bakının «Neftçi» klubu start heyətindən kənarlaşdırdığı Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyənin «Kocaelispor» klubuna keçidinə razılıq verib. Qol.Az-ın məlumatına görə, bununla da futbolçumuzun İzmit klubuna transferiylə bağlı problemlər yoluna qoyulub.
Xatırladaq ki, bir müddət idi «Neftçi» kompensasiya tələb etdiyi üçün komandalar razılığa gələ bilmirdilər. İrəliləyən dəqiqələrdə Rəşadın transferiylə bağlı əlavə məlumat veriləcək.
***
«Neftçi» klubunun vitse-prezidenti İlqar Quluzadə Rəşad Sadıqovun transferiylə bağlı problemin həll olunduğunu təsdiqləyib. Qol.Az-ın müxbiriylə söhbətində o, Rəşadın keçidinə razılıq verdiklərini və futbolçuya yeni klubunda uğurlar arzuladıqlarını söyləyib. O, Rəşad Sadıqova görə «Kocaelispor»un «Neftçi»yə nə qədər kompensasiya ödəməsi haqda açıqlama verməkdən imtina edib: «Bu, iki kluba aid olan məsələdir».
***
Bir qədər əvvəl «Trend»in yaydığı məlumata görə, Rəşad Sadıqov “Kocaelispor” klubu ilə yarım illik müqavilə bağlayıb. “Kocaelispor”la yarım illik müqavilə bağladım. Müqavilə müddətinin az olmasını özüm istədim” - deyə R.Sadıqov bildirib.
Futbolçu deyib ki, əvvəlki klubu - Bakının “Neftçi” komandası onun “Kocaelispor”la müqavilə bağlamasına problem yaratmayıb:“Neftçi” ilə razılığa gəldik. Bakı klubunun tələb etdiyi transfer haqqını özüm ödəyəcəyəm”.
Sadıqov “Neftçi”nin hansı məbləğdə transfer haqqı tələb etdiyi barədə məlumat vermək istəməyib.
“Kocaelispor” klubu digər azərbaycanlı futbolçu - Ramal Hüseynovla da icarə əsasında yarım illik müqavilə bağlayıb.
“Kocaelispor” fevralın 25-də Türkiyə superliqası çərçivəsində “Hacettepe” komandası ilə oynayacaq. Azərbaycanlı futbolçuların da bu görüşdə iştirak edəcəyi gözlənilir.
***
Türkiyənin «Kocaelispor» klubu Rəşad Sadıqov və Ramal Hüseynovun bu komandaya keçidiylə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Rəşad Sadıqov və Ramal Hüseynovla altı aylıq müqavilə imzalanıb.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video