"Neftçi"nin çempionatdakı uğursuz startı gözlənilən idi. Büdcəsinə görə yalnız "Qarabağ" və "Qəbələ"dən geri qalan "ağ-qaralar"ın oyun baxımından autsayderlərdən olacağını proqnozlaşdırmaq o qədər də çətin deyildi.
Yalnız "Şalke" ilə yoldaşlıq görüşündə futbolçular bir qədər əzmkarlıq göstərsə də, həmin matçda da oyun dəst-xəttinin olmadığı aşkar görünürdü. Nəticə özünü çox gözlətmədi. Çempionatın ilk iki oyununda "Qarabağ" və debütant "Səbail"ə uduzan komanda baş məşqçi Elxan Abdullayevlə vidalaşmalı oldu.
Elxan müəllimin yerinə gətirilən Elşad Əhmədov isə ciddi bir dəyişiklik edə bilmədi və "Kəpəz"lə qarşılaşmada da "Neftçi" qələbə üzünə həsrət qaldı. Düzdü, Əhmədovun belə tez komanda oyunu qurması üçün sehrli çubuğu olmalı idi. Aşkar autsayderlərlərlə oyundan cəmi 1 xal qazanan "flaqman" dişsiz və istəksiz təsir bağışlayır və belə davam etsə nəinki medallar, əksinə premyer-liqada qalmaq uğrunda mübarizə aparacaq. Bəs bu dişsizlik və istəksizliyin kökü nədədi?
Əslində bu sualın cavabını istefasından sonra Elxan Abdullayev verib. Komandada oyunbaşı mükafat sistemi yoxdu. Futbolçular sabit maaşlarını alıb kef edir. Belə olan halda kollektivin istəksizliyinin səbəbi anlaşılır. Onsuz da əksər futbolçular yaxşı bilir ki, müqavilə müddəti bitəndən sonra heç biriylə müqavilə uzadılmayacaq. Risk edib zədə almaqla özlərinə əlavə problem yaratmaq istəmirlər. Buna xüsusi diqqət çəkən Elxan Abdullayevi indi gözəl başa düşürəm. Elşad Əhmədov yox, Tərlan Əhmədov gəlsə, Maşallah Əhmədov həbsdən çıxsa, Əhməd Ələsgərov dirilsə, bütün əhmədlər və əhmədovlar bir yerə toplaşsa bu vəziyyətdə uğur qazanmaq mümkün deyil. İnsafən bəzi futbolçular var ki, bu şərtlərlə belə meydanda can qoyur. Məsələn, Rəhman Hacıyev və Mirabdulla Abbasov. Amma Abdullayev onlara çox güvənmirdi. Bu mənada bəlkə də Əhmədovun təyinatı yaxşı variantdı. Bunacan əvəzedicilərə rəhbərlik etmiş mütəxəssis həm özünü, həm də keçmiş komandasındakı istedadlı gəncləri göstərmək üçün ideal şans qazanıb. Millilərin oyunları ilə bağlı yaranan fasilə "Neftçi"nin toparlanması, yeni oyun modelinin və heyətin formalaşması, getmək istəyənlərin bəri başdan yola salınması və zəif mövqeləri yeni futbolçularla gücləndirilməsi baxımından göydəndüşmə imkandı. Doğrudur, klubun maddi durumu ürəkaçan deyil. Aşağısəviyyəli legionerlərə xərclənən böyük paralar işləri çətinə salıb. Amma çempionat yeni başlayıb və bu heyətlə yola davam etməkdən başqa çarə yoxdu...
Elşad Əhmədov işinə böyük entuziazmla girişib və komandadakı ən zəif nöqtələri dərhal deməklə doğru yolda olduğunu göstərir. Futbolçuların fiziki hazırlığının bərbad olduğunu dilə gətirən gənc mütəxəssis bu işə cavabdeh olanların vəzifələrinin öhdəsindən gəlmədiyinə işarə edir. Əhmədovun dediklərini sıravi azarkeşlər də müşahidə edirdi. Məsələn, "İnter"də gözəl qollar vuran Ruslan Abışov özünə bənzəmir. Bəziləri hətta onun futbolunun bitdiyini deyir. Amma bir neçə ay öncə keyfiyyətli futbolu ilə seçilən kapitanın problemi bəlkə də özündə deyil bacarıqsız fiziki hazırlıq məşqçilərindədi?!
Komandada ciddi və radikal addımlara, islahatlara ehtiyac var! Çıxış yolu oyunbaşı mükafat olmadan var güclərini meydanda qoymaq istəməyən futbolçularla müqavilələri pozmaq, bu alınmasa onların yerinə əvəzedici heyətdən gəncləri cəlb etmək ola bilər.
Var güclərini meydançada qoyacaqları təqdirdə belə bu legionerlər "Neftçi" səviyyəsində deyil... Vəli Qasımov və Elxan Abdullayevin ən böyük səhvləri bu cür keyfiyyətsiz futbolçuları gözüyumulu almaqları idi ki, bunun ağır nəticəsini hələ uzun müddət bütün klub çəkəcək...
Radikal addımlardan birincisi bu futbolçularla xoşluqla müqavilələri pozmaqdı. Əminəm, yerli futbolçulara və hətta gənclərə güvənilsə yekun nəticə bu legionerlərlə alınacaq nəticədən pis olmayacaq! Görünən budu! Necə ki, öncədən bu komandanın azarkeşlərin ümidlərini puç edəcəyi proqnozlaşdırılırdı. İndi söz Elşad Əhmədovda və "Neftçi" rəhbərliyindədi. Çempionatdakı fasilədən lazımınca istifadə edilməsə sonra gec olacaq. Sonrakı peşmançılıq isə fayda verməz...
Anar ŞABANOĞLU
"Futbol+" qəzeti
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi