“İnter”in hücumçusu Xaqani Məmmədov Qol.Az saytına verdiyi müsahibəsində "Spartak"la ilk oyun, təkrar oyunda komandasının mərhələ keçmək şansları və keçmiş baş məşqçisi Valentin Xodukin haqqında danışıb.
- Başlayaq Slovakiyadakı ilk oyundan...
- Birinci hissəni çox zəif oynadıq. Bunu da başa düşmək lazımdır. Yeni baş məşqçi, yeni oyun sistemi. Odur ki, hər şeyin tam yerini tutması üçün vaxt lazımdır. İkinci hissədə isə tamam başqa oyun ortaya qoyduq. Bütün üstünlük bizim tərəfimizdə oldu. Rəqib mərkəzi keçməyə belə çətinlik çəkirdi. Biz isə saysız-hesabsız qol imkanları əldə etdik. Amma təəssüf ki, yaratdığımız həmin imkanlardan yalnız birini qola çevirə bildik. Bununla belə, 0:2-dənsə 1:2 daha yaxşı nəticə sayılmalıdır. İnanıram ki, təkrar qarşılaşmada yaradacağımız imkanlardan maksimum istifadə edəcəyik və qələbəni bayram edəcəyik.
- İlk hissədə qısa zaman kəsiyində 2 qol buraxdınız. Bunu nə ilə əlaqələndirərdin?
- Həqiqətən bizim üçün də gözlənilməz oldu. Buraxılan erkən qollar rəqibin üstünlüyünü əks etdirmirdi. Bərabər səviyyəli oyun gedirdi. Biz də hücum edirdik, onlar da. Elə oldu ki, iki təsadüfi hücum etdilər və qol vurdular.Həmin epizodlarda müdafiə xəttimiz də səhvə yol verdi. Gərək rəqib futbolçulara o şans verilməməli idi. Amma onu da etiraf edim ki, birinci hissənin ilk yarım saatında komanda olaraq sanki yatmışdıq. İkinci hissədə isə ayıldıq.
- Rəqib haqqında nə deyə bilərsən?
- Yaxşı komandadır. Amma elə sə yüksək səviyyəli deyillər. Bİr sözlə, onları keçə bilərik.
- İkinci hissədə oyuna qoşuldun. Öz oyunun haqqında nə deyə bilərsən?
- Mən öz oyunumdan heç vaxt razı qalmamışam, bu dəfə də razı qalmadım.
- Xodukinlə Sxadadzenin oyun fəlsəfələrndə hansı fərqləri gördün?
- Xodukinin dövründə oynayırdıq, amma, heç kim öz yerini bilmirdi. Amma indi bilirsən harada oynayırsan, nə oynayırsan.Hər bir futbolçu meydanda hansı işi görəcəyini bilir. Bir də əsas fərq odur ki, Xodukinin vaxtında uzun ötürmələrdən istifadə edirdik. Yəni, Ukrayna futbolu kimi, topu vururdun qabağa orada da hücumçu neyləyəcək özü bilər. Amma indi elə şey yoxdur. Sxadadze daha çox yerlə oynamağı tapşırır,top saxlayırıq, xırda ötürmələrdən istifadə edirik. Belə olan halda, oynmaq daha rahat olur. Müdafiəçi də üzərinə düşən işi bilir, yarımmüdafiəçi də hücumçu da. Bir sözlə, indi “İnter” sözün həqiqi mənasında futbol oynayır.
- Ölkə mətbuatına verdiyin açıqlamanda demişdin ki, Xodukinda taktika deyilən anlayış yoxdur...
- Elə indi də o fikirdəyəm. Onda taktika anlayışı yox idi. Meydana çıxırdıq kim hara gəldi qaçırdı. Az öncə dediyim kimi, bilmirdin kim harda oynayırdı. Meydançada heç kimin yeri bilinmirdi.
- Sxadadze həm də Slovakiyada yerli futbolçulara şans verməsi ilə diqqət çəkdi.
- Bəli, yeni baş məşqçimiz yerli futbolçulara daha çox şans verir. Ümumiyyətlə, hər şey futbolçunun özündən asılıdır. Sxadadze üçün yerli, əcnəbi söhbəti yoxdur. Kim güclüdür, oynayacaq. Sadəcə, gərək öz üzərində işləyib əsas heyətdə oynamağa layiq olduğunu sübut edəsən.
- Sonda. Təkrar qarşılaşma haqqında nə deyə bilərsən? “İnter” mərhələni keçə biləcəkmi?
- İnşallah. Mən buna inanıram. Hər halda səfərdə qol vurmağımız yaxşı oldu. Dediyim kimi, rəqib də keçilməz deyil. Konkret proqnoz vermək istəmirəm. Amma mənə deyərdim şanslar 60/40-a bizim xeyrimizədir.
"İnter"dən darmadağın
Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq - Rəsmi
"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"
"Neftçi" - "Kəpəz" oyununda vurulan qollar - Video
"Çox danışılası bir şey yoxdur" - Adil Şükürov
"Neftçi" "Kəpəz"i darmadağın etdi
Poçetitnodan gələcəyi ilə bağlı açıqlama
ÇL-də həftənin ən yaxşı futbolçusu odur
"Neftçi" - "Kəpəz": Heyətlər
Futzal üzrə Çempionlar Liqasının yeni formatı bilindi
Birinci liqada oyunların vaxtı açqlandı
Mövsümü başa vurdu, Avro-2024-ü də buraxa bilər
"Biz hər cür araşdırmaya açığıq" - Klub prezidenti
Avro-2024-ün rəsmi mahnısı təqdim olundu - Video
Budaq Nəsirov 4 oyunluq cəzalandı
"Belə halların yaşanması qəbuledilməzdir" - AFFA rəsmisi
AFFA Gəncədəki dava ilə bağlı qərar verib
“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”
"Kəpəz" "Neftçi" ilə oyuna 8 itki ilə çıxacaq
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Misli Premyer Liqasında 34-cü turun hakimləri açıqlandı
ETOPAZ-dan Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım - Video
"Şamaxı"nın vacib qələbəsi - Video
"Atalanta"nı finala yüksəldən qələbə - Video
Mərkəzi oyunda qalib aşkarlanmadı - Video
Danimarka kubokunun qalibi müəyyənləşdi
“Neftçi” “Kəpəz” önünə itkilərlə çıxacaq
Avroliqada finalçılar müəyyənləşdi
"Olimpiakos" Yunanıstandakı finala vəsiqə qazandı
MOİK-dən 5 qollu qələbə - Video
Azərbaycan boksçuları Tailandda hazırlıq keçəcəklər
"Bu, Azərbaycan xalqının qələbəsidir" - Rafiq Hüseynov
Deyvis "Real"la danışıq aparır
110 illik fasilədən sonra kuboku qazandılar
"Arsenal" Jorjinyo ilə müqaviləni uzatdı
"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident
"Turan Tovuz" azarkeşlərə müraciət etdi
"Şamaxı"dan qələbə, liderdən xal itkisi
"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı