Futzal üzrə UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün formatı və oyun günü cədvəli açıqlanıb.
QOL.az xəbər verir ki, “Dördlər final”ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək. Yenə milli komandaların reytinq cədvəlində “ilk 4-lükdə” qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.
Çempionlar Liqasının son qalibi “Palma” (İspaniya) və reytinq cədvəlinin 1-11 və 16-19-cu pillələrində yer alan klublar əsas mərhələnin A, digərləri isə B yolunda mübarizə aparacaqlar.
Oyun günləri və püşkatma tarixləri
İlkin və əsas mərhələnin püşkü: 4 iyul
İlkin mərhələnin oyun günləri: 20-25 avqust
Əsas mərhələnin oyun günləri: 22-27 oktyabr
Elit raundun püşkatması: 31 oktyabr
Elit raundun oyun günləri: 26 noyabr – 1 dekabr
Final mərhələsinin püşkü: Hələ müəyyənləşməyib
Final mərhələsinin oyun günləri: 1 və ya 2 – 3 və ya 4 may
Format
İlkin mərhələdə reytinq cədvəlinin aşağı pillələrində yer alan komandalar mübarizə aparacaq. İştirakçılar hər birində 4 klub olmaqla (saydan asılı olaraq 3 də ola bilər) qruplara bölünəcəklər. Püşkatma vaxtı oyunların keçiriləcəyi ölkə də müəyyənləşəcək. Buradan qrup qalibləri və saydan asılı olaraq bir və ya bir neçə ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan kollektiv əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələ (22-27 oktyabr)
A yolu
Qeyd etdiyimiz kimi, son çempion “Palma”, reytinq cədvəlində 1-11 və 16-19-cu yerlərdə qərarlaşan klublar (cəmi 16) bu yolda mübarizə aparacaq. Hər qrupda 4 komanda olacaq, onlardan 3-ü elit-raunda vəsiqə qazanacaq.
B yolu
Burada isə reytinq cədvəlində 12-15 və 20-ci sıra və sonrakı pillələrdə yer alan bir neçə komanda, eləcə də ilkin mərhələdən əsas mərhələyə yüksələcək kollektivlər yer alacaq. Ümumilikdə 16 komanda olacaq və onlar da hər birində 4 klub olmaqla 4 qrupa bölünəcəklər. Buradan isə ancaq qrup qalibləri elit-raunda yüksələcək.
Elit-raund (26 noyabr – 1 dekabr)
Elit-raundda ümumilikdə 16 komanda iştirak edəcək. Oktyabrın 31-də qruplar müəyyənləşəcək. Yekunda 4 qrup qalibi “Dördlər finalı”nda oynamaq hüququ qazanacaq. Final mərhələsi isə mayda keçiriləcək. Əvvəlcə yarımfinal matçları baş tutacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda yarışacaqlar.
Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. Komandanın mübarizəyə hansı mərhələdən başlayacağı püşkatma ərəfəsində açıqlanacaq reytinq cədvəlinə uyğun müəyyənləşəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video