“Zirə”nin nigeriyalı yarımmüdafiəçisi Abbas İbrahimin QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail” üzərində 2:1 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Oyun yaxşı keçdi. İlk dəqiqələrindən oyuna nəzarət etməyə çalışırdıq. İlk hissədə istəyimizə çata bilməsək də, fasilədən sonra ardıcıl 2 dəfə fərqləndik. Son dəqiqələr bizim üçün çox çətin keçdi. Bu da başadüşüləndir. Yorğunluq öz sözünü deyirdi. Yekunda qalib gəldik və ən əsası budur.
- İlk matçdakı qələbədən sonra cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?
- İkinci matç da bizim üçün çox çətin keçəcək. Amma növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Cavab görüşünə çox ciddi hazırlaşmalıyıq. Çünki hələ heç nə həll olunmayıb.
- “Səbail”lə matçda meydanda ən yaxşılardan idiniz. Çıxışınızdan razı qaldınız?
- Tək mən yox, komanda yoldaşlarım da əllərindən gələni etməyə çalışırdılar. Hər gün daha da artırmaq, inkişaf etmək üçün çalışırıq. Baş məşqçinin təlimatlarını mümkün qədər səhvsiz yerinə yetirəndə bu, özünü nəticədə göstərir.
- Hakimlərin “Zirə”nin oyunlarında mübahisəli qərarlar verməsi sizə necə təsir edir?
- Hakimliklə bağlı baş məşqçimiz lazım olanları deyib. Bizə bu barədə danışmaq düşməz. Təbii ki, müəyyən səhvlər olur. Bu cür hallar bizi daha da gücləndirir, daha çox inkişaf etməyə məcbur edir.
- “Səbail”lə oyundan öncə klubun İdarə Heyətinin sədri Orxan Məmmədov da məşqinizdə iştirak etdi. Sizinlə görüşdə nələr söylədi?
- Təbii ki, onu həmişə məşqlərimizdə görməkdən məmnunuq. Bu, bizim üçün əlavə motivasiya olur. Orxan Məmmədov məşqimizdə görəndə uşaqlarla bir-birimizə dedik ki, prezident buradadır və bu, bizi “Səbail”lə matça yaxşı motivasiya etdi.
- Ölkə kubokunun qalibi kimi Avropa Liqasına yollanmaq və ya çempionatdan Konfrans Liqasına vəsiqə qazanmaq. Ürəyə hansı daha çox xoş gəlir?
- Ölkə çempionatı da, kubok da bizim üçün çox vacibdir. Amma öz fikrimi deyəcəm, şəxsən məndən olsaydı, birbaşa Avropa Liqasına yollanmaq daha məqsədəuyğun olardı.
- Portuqaliyada “Pakoş de Ferreyra” və “Aruka”da oynadığınız üçün “Braqa”nı yaxşı tanıyırsınız. Bu baxımdan “Qarabağ”ın “Braqa” önündə şansını necə dəyərləndirirsiniz?
- Portuqaliya çempionatında olduğum dönəmdə “Braqa”ya qarşı 5-6 oyun keçirmişəm. Bu, çox ağıllı futbolçulardan təşkil olunmuş komandadır. Orada tanıdığım oyunçular da var. “Qarabağ”a qarşı da oynamışam. Onu deyə bilərəm ki, olduqca maraqlı iki görüşə tamaşa edəcəyik. Məncə, “Qarabağ” “Braqa” oyunda azarkeşlərini sevindirə bilər.
- Belə başa düşdük ki, “Qarabağ” “Braqa”nı keçsə, bu, sizin üçün sürpriz olmayacaq?
- “Qarabağ”dakı futbolçular uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Onlar meydanda çox gözəl anlaşırlar. “Bayer”lə Bakıdakı matçda da “Qarabağ” çox gözəl çıxış etdi. Həmin oyunu nəzərə alsaq, “Braqa”ya qarşı da eyni performansı göstərmək heç də təəccüblü olmayacaq.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi