“Qəbələ”nin kapitanı Asif Məmmədovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 31-ci turunda səfərdə çempiondan xal aldınız. Qeydə alınan 2:2-lik bərabərliyi necə şərh edərdiniz?
- Bizi çox çətin oyun gözlədiyini bilirdik. “Qarabağ”ın gücü də hər kəsə məlumdur. Bütün gücümüzlə meydanda mübarizə apardıq, İlk hissədən sonra öndəydik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Amma “Qarabağ”la səfərdə heç-heçə də yaxşı nəticədir.
- Turnir cədvəlindəki mövqeyinizi nəzərə alsaq, qazanılan 1 xal sizin üçün gözlənilməz olmadı?
- “Qarabağ”la oyunlarımız həmişə maraqlı keçir. Çətin səfərdə 1 xal qazanmağımız sevindiricidir. Vacib xal qazandığımızı deyə bilmərəm. Çünki 99 faiz Premyer Liqadan düşmüşük. Barışmışıq bununla.
- Lakin riyazi cəhətdən şansınız qalır...
- Bəli, riyazi cəhətdən, kağız üzərində şans var. Amma açıq deyim ki, hazırda çempionat barədə bir o qədər düşünmürük. Təbii ki, bacardığımız qədər xal toplamağa çalışırıq. Lakin realist olmaq lazımdır. Hazırda bütün ümidimiz kubokadır.
- Yəni çempionatla bağlı ümidiniz ancaq İcraiyyə Komitəsinin Premyer Liqada klub sayını artırmağınadır?
- Bəli, ümid ancaq onadır. Yalandan nə deyim? Şans 50 faiz, 30 faiz olsaydı, nəsə danışmaq olardı. Amma reallıq odur ki, bu gün bizim şansımız yarım faiz, bir faizdi.
- Qarşıdan kubokda yarımfinalın cavab oyunu gəlir. Demək olar ki, bu, “Qəbələ” üçün mövsümün ən vacib oyunudur?
- Bəli, olar. Bu oyun komandanın taleyində çox şeyləri həll edə bilər. Hələ ki ruhdan düşməyə haqqımız yoxdur. Finalın bir addımlığındayıq.
- “Zirə”yə ilk oyundakı 1:2 hesablı məğlubiyyətdən sonra final şansını necə dəyərləndirirsiniz?
- Finala adlamaq üçün şansımız var. Evdə, öz azarkeşlərimiz önündə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, finala vəsiqə qazanaq. Çalışırıq bu mövsüm nə iləsə yadda qalaq.
- Kaxaber Sxadadzenin gəlişi “Qəbələ”də nəyi dəyişib?
Nə deyim vallah. Hələ ki bir söz deyə bilmərəm.
- Oyun baxımından ciddi fərq olmadığı nəticələrdə görsənir. Daxildə də hansısa dəyişiklik olmayıb?
- Hər şey necə var, elə də davam edir. Onsuz da “Qəbələ”də daxildə ab-hava həmişə yaxşı olub.
- Ötən turda “Turan Tovuz”dan alınan məğlubiyyətdən sonra qapıçı Kristof Atanqanın paltardəyişmə otağında təzyiqlərə məruz qaldığı barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Orda elə bir hadisə olmayıb. Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram. Olmayan şeyi deyəndə, yazanda adama yer edir. Bəli, daha əvvəl paltardəyişmə otağında bir dəfə mənlə Samuel Tetteh arasında gərginlik olmuşdu. Bunu danmıram. Bu, hər bir komandada olan hadisədir. Kapitan kimi iradımı bildirmişdim ki, bura gəlmisinizsə, oynamaq, mübarizə aparmaq lazımdır. Bu, olub. Amma olmayan şey yazılanda adamda qıcıq yaradır. Mən bütün jurnalistlərə səslənirəm ki, əllərində sübut olan, dəqiq məlumatı yazsınlar. Olmayan şeyi yazanda qıcıq yaradır.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"