“Kəpəz”in baş məşqçisi Adil Şükürovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 34-cü turunda səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız. Komandada durum necədir?
- Hazırlıqlar gedir, amma xeyli sayda itkilərimiz var. Martins Junior, Olavale Onanuqa cəzalı, Georgi Papunaşvili və Amil Yunanov zədəlidir. Ola bilər ki, Amil 10 dəqiqə oynasın. Yerdə qalan futbolçularla hazırlaşırıq. Az oynayan futbolçulara da “Neftçi” ilə görüşdə şans verəcəyik.
- AFFA İntizam Komitəsi Junior və Onanuqaya 4 oyunluq cəza verdi. Bu qərarla razısınız?
- Onanuqaya görə narazı qaldıq. Biz düşünürdük ki, 2-ci sarı vərəqədən sonra qırmızı vərəqə alıb, heç olmasa bir oyun cəza verilər. Hakimlər isə başq cür fikirləşiblər, fərqli qərar veriblər.
- İntizamsız davranışlarına görə futbolçularınızla söhbətiniz oldu?
- Vəziyyəti bu həddə gətirib çıxaran amillər oldu. Oyun gərginliyi elə idi ki, futbolçulara təsir etməyə bilməzdi. Amma biz həmişə futbolçulara deyirik ki, nə olur-olsun, bu cür vəziyyətlərdə təmkinli olmaq lazımdır. Çünki bizim qarşıda vacib oyunlarımız var. Bunu komandaya başa salırıq, amma dediyim kimi, durumu bu həddə gətirib çıxaran amillər var.
- Hansı amillərdir?
- Hadisələrin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Rəqib komandanın yaratdığı qıcıq sonda bizim futbolçuların xeyrinə oldu. Komanda ruhu, mübarizlik göstərdilər və bir xal qazandıq.
- Heyətdən nə dərəcədə razısınız? Dəyişiklik çox olmalıdır?
- Mən komandaya gələndən futbolçuların hamısı özlərini yaxşı tərəfdən göstərə bilib. Onlar bizimlə ağır oyunlar keçirdilər. Hər biri var qüvvəsi ilə çalışdı. Biz də bunları nəzərə alaraq onların hər biri ilə müqaviləni yeniləmək istəyərdik. Əsas məsələ maliyyə durumunun yaxşılaşdırılmasıdır. Bununla bağlı işlər də gedir.
- “Kəpəz”də özünü yaxşı tərəfdən göstərən bir neçə futbolçu var. Hər halda onlara başqa klublardan da maraq var. Bu futbolçuları komandada saxlamaq çətin olmayacaq?
- Biz mayın 6-da klub rəhbərliyi ilə görüşdə bu barədə danışmışıq. Çünki dövlət tərəfindən ayrılan maliyyənin yetərli olmayacağı məlumdur. Bizdə başqa real təkliflər alan futbolçular var. Heyətimizi gücləndirmək istəyiriksə, ilk növbədə öz futbolçularımızı komandada saxlamaq lazımdır. İlqar Nadiri (klubun İdarə Heyətini sədri – red.) ilə bu barədə danışmışıq. O da sağ olsun, bütün günü axtarışdadır ki, klub üçün maliyyə dəstəyi tapsın. Nə dərəcədə alınacaq, bunu zaman göstərəcək.
- Hansı futbolçularınıza təkliflər gəlir?
- Georgi Papunaşvili, Martins Junior, Mate Kvirkviya, Elçin Əlicanovun təklifləri olduğunu eşitmişik. İcarə əsasında çıxış edən Şakir Seyidovu “Sabah” geri qaytarmaq istəyir. 1-2 futbolçu olsaydı, bir yolla kompensasiya etmək olardı. Ancaq say bu həddə çatdığından bizə əlavə maliyyə dəstəyi lazımdır.
- Maliyyədən söz düşmüşkən, komandada bu sarıdan hansı çətinliklər yaranır?
- AFFA-nın ayırdığı vəsaitdən başqa, ancaq İlqar müəllimin imkanları daxilində nəsə olur. Böyük ölçüdə sıxıntımız yoxdur. Çalışırıq ki, futbolçulara borcumuz olmasın. Amma təbii ki, problemsiz ötüşmək olmur. Hazırda maaşda gecikmələr var. Bu, bir müddətdir ki, davam edir. Problem ancaq bu gecikmə ilə bağlıdır. Amma futbolçuların bonusları vaxtında ödənilir.
- “Kəpəz”in oyununda xeyli irəliləyiş var. Maliyyə durumunun yaxşı olmadığı bir vaxtda futbolçuları oyuna necə motivasiya edirsiniz?
- Təbii ki, motivasiya baxımından çətinlik var. Amma indiyədək heç vaxt bonuslarla bağlı futbolçulara borcumuz olmayıb. Yalnız problem maaşların gecikməsi ilə bağlıdır ki, bununla da İlqar müəllim məşğul olur. Futbolçuların motivasiyasına gəldikdə, onlar lap əvvəldən də komandanın durumunu bilirdilər. O futbolçular bura gələndə hansı formada idi, indi hansı formadadılar, bunu da başa düşürlər. Biz də bildiririk ki, indiyə qədər yığdığınız gücü, sürəti aşağı salmağa ixtiyarınız yoxdur. Onlar ən azından öz gələcəklərini düşünüb işlərinə davam edirlər.
- Maddi durum yaxşı olsa, yeni mövsümdən əvvəlki kimi güclü “Kəpəz”i görə bilərik?
- Təbii ki, imkanlarımız artsa, ortabab klublar kimi büdcəmiz olsa, yaxşı yerlər uğrunda oynaya bilərik. Biz 3-cü dövrəni statistik göstəricilərimizə görə 3-cü yerdə başa vurduq. Bu, artıq komandanın nəyə qadir olduğundan, nəyə gücü çata biləcəyindən xəbər verir. Ona görə də bizim komanda bir qədər də güclənməlidir ki, yuxarı yerlər uğrunda mübarizə aparaq.
- “Kəpəz”də icarə əsasında çıxış edən bir neçə futbolçu var. Onların komandadakı taleyi necə olacaq?
- Elmir Tağıyevin “Səbail”lə müqaviləsi var. Ona görə də mövsümün sonunda geri qayıdacaq. Şakir Seyidov və Camal Cəfərov “Sabah”a qayıdacaq. Amil Yunanovun “Səbail”lə müqaviləsi başa çatır. İnşallah, mövsümün sonunda bizimlə müqavilə bağlayacaq.
Ramiq Ağaməmmədov
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi
"Liverpul"la oyunu buraxacaqlar
"Roma" Dibalanı itirdi
Tovuz stadionunda işlər yekunlaşır - Video
“Qəbələ”nin futbolçusu dünya çempionatında
Benjamin Mendinin yeni klubu müəyyənləşdi
1-ci liqada daha bir turun oyunlarının vaxtı açıqlandı
"Bavariya"nın yeni formaları - Şəkillər
UEFA-dan Əliyar Ağayevə mühüm təyinat
Bundesliqa klubundan qovuldu
Xuan Mata klubunu dəyişdi
MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb
Jalə Əliyeva dünya çempionatında xalça üzərinə çıxır
"Benfika" - "Qarabağ" matçı bu kanalda
“Qarabağ”dan sürpriz gözləyirəm” - Anri
Kvaratsxeliya sabah oynayacaq?
A seriyasında 3-cü tura yekun vuruldu
“Qarabağ” “Estadio da Luz”da - Şəkillər
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi