“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 29-cu turunda “Kəpəz”ə qarşı keçirilən oyunda fasiləyə hesabda üstün yollansanız da, yekunda məğlub oldunuz. Nə baş verdi ki, matçın gedişatı tam dəyişdi?
- Nə baş verdiyini bilmirəm. Təbii ki, məyusedici məğlubiyyətdir. “Kəpəz”lə matçda 3 xal bizim üçün çox vacib idi. Oyuna da yaxşı başladıq, hesabda önə keçdik. Lakin sonradan niyə zəif çıxış etdiyimizin səbəbini bilmirəm.
- Bu məğlubiyyətdən sonra demək olar ki, “Araz-Naxçıvan” avrokuboklara yollanmaq şansını böyük ölçüdə itirdi?
- Şanslar barədə bir söz deyə bilmərəm. Məqsəd hər zaman meydana çıxıb qələbə qazanmaqdır. Hər oyuna 3 xal üçün çıxırıq. Mövsümün sonuna kimi hələ 7 tur var. Hər şeyin necə yekunlaşacağını birlikdə görəcəyik.
- Qarşıdakı oyunlar üçün motivasiyanı hardan tapacaqsınız?
- Biz hər birimiz peşəkarıq. Avrokuboklar şansımız olmasa belə, qürurumuz var. Meydana çıxıb öz işimizi görməliyik. Siz futboldan yazırsınız. Çempionatda fasilə olanda işinizi dayandırmırsınız ki. Eynən də biz.
- “Araz-Naxçıvan” mövsümə yaxşı start vermişdi. Yanvara qədər hətta “Neftçi”, “Qarabağ” kimi iddialılara qalib də gəlmişdiniz. Qış fasiləsində nə baş verdi ki, komanda bu cür gerilədi?
- Heç bilmirəm nə deyim. Belə görünür ki, nəsə qaydasında deyil. Hansısa məqamı nəzərdən qaçırmışıq. O da bizə nəticə qazanmağa imkan vermir.
- Mətbuatda komandada maliyyə problemləri olduğu barədə xəbərlər yayılıb. Bəlkə zəif çıxışın səbəbi məhz budur?
- Mətbuatda çox şey yazılır. Lakin komandada atmosfer yaxşıdır. Maliyyə baxımından da hər hansı problem yoxdur. Deyilən vaxtda maaşları da, bonusları da alırıq.
- Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Bu matçdan gözləntiləriniz nədir?
- İndi ilk növbədə bərpa olmalıyıq. Daha sonra “Neftçi” ilə matça hazırlaşacağıq. Məşqçilər heyəti də lazımi göstərişləri verəcək. İnanıram ki, “Neftçi” ilə görüşdə uğurlu nəticə əldə edə biləcəyik. Bu mövsüm artıq 2 dəfə onlara qalib gəlmişik. Qarşıdakı matçda da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"