“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 22-ci turunda “Sabah”la görüşdə heç-heçə (3:3) ilə kifayətləndiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?
- Nəticə bizi qane edə bilməz. Çünki xeyli sayda qol şanslarımız olsa da, onları boşa verdik. Rəqibin qapıçısını dəstəkləmək istərdim. O, möhtəşəm oyun keçirdi. Düzdür, sonda texniki səhvə yol verdi. Qarşıdakı matçlarda ona uğurlar arzu edirəm.
- “Qarabağ” “Sabah”dan son 2 oyunda 7 qol buraxdı. Bu, çox deyil?
- Çoxdur, razıyam. Lakin bunun səbəbləri var.
- Məsələn, hansı səbəblər?
- Kubokda cavab oyununda nisbətən rahat idik. Çünki ilk matçda böyükhesablı qələbə qazanmışdıq. Həmin görüşdəki qolları hardasa bununla əlaqələndirmək olar.
- Deməli, çempionatdakı xal itkisi də ikinci pillə ilə aranızdakı xal fərqinin çox olmasına görədir?
- Xeyr, belə düşünmürəm. Xal fərqi çox olsa da, biz hər matça 100 faiz motivasiya olmağa çalışırıq. Bəlkə də komandanın fikri daha çox “Braqa” ilə matçda idi. Bu da səbəb ola bilər. Amma öz adımdan deyə bilərəm ki, bütün fikrimi “Braqa” yox, məhz bu matça yönəltmişdim.
- “Qarabağ”ın son 2 çempionat oyununda qapılara 8 penalti təyin olunub...
- İlk növbədə onu deyim ki, penalti qərarlarının hamısı düzgün idi. İstər “Səbail”lə oyunda olsun, istər “Sabah”la. Penaltilərin çoxluğuna konkret səbəb göstərmək çətindir. Ola bilər bu, cərimə meydançasındakı aktiv oyunla əlaqədardır. Yaxud diqqətsizlikdən, konsentrasiyanın itirilməsindən də irəli gələ bilər.
- Qarşıdakı “Braqa” ilə matçdan gözləntiləriniz nədir?
- İlk növbədə yaxşı, maraqlı oyun gözləyirəm. Stadionda gözəl atmosfer olacaq. Biz də layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.
- Rəqibin hansı üstünlüklərini qeyd edə bilərsiniz?
- Açığı, hələ “Braqa”nın oyununu komanda şəklində izləməmişik. Qarşıdakı günlərdə təhlillər aparılacaq. Yalnız Çempionlar Liqasındakı bəzi matçların müəyyən epizodlarına baxmışam. Ona görə də üstün, yaxud zəif tərəfləri barədə çox da məlumatlı deyiləm.
- “Braqa” - “Qarabağ” oyununda hansı amil həlledici olacaq?
- Kim oyuna daha yaxşı köklənsə, kim daha az səhv etsə, o da qalib gələcək.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə