"Kəpəz"in gürcüstanlı yarımmüdafiəçisi Georgi Papunaşvili (Papu) klubun saytına müsahibə verib.
QOL.az həmin müsahibəni təqdim edir.
- Elə ilk gündən komanda məndə xoş təəssürat yaratdı. Futbolçu yoldaşlarım, məşqçilər, klubun digər üzvləri mənimlə çox səmimi və mehriban davrandılar. Heyətdə Gürcüstandan olan həmyerlim var. Uyğunlaşmaqda onun mənə çox köməyi oldu. “Kəpəz” Azərbaycanda zəngin tarixi olan bir komandadı. Builki çıxışımız haqqında isə onu deyə bilərəm ki, əla, möhtəşəm deyil, ancaq biz təslim olmamışıq, mübarizə aparırıq. Qarşımıza çıxan, yolumuzu kəsməyə çalışan rəqiblərlə oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu istər “Qarabağ”, istər “Neftçi” olsun, mənim və komandamızın məqsədi qələbə qazanıb, irəli getməkdir.
- Vaxtilə Almaniyada, İspaniyada oynamısan. Azərbaycana üz tutmağını necə qiymətləndirirsən?
- Oyunçuların karyerasının yaxşı və pis anları olur. Əlbəttə, əgər sən əvvəllər “Verder” Bremen, “Real Saraqosa” kimi klublarda oynayıbsansa və bundan sonra geri Gürcüstana, Azərbaycana qayıdırsansa, insanlar bunu karyera enişi kimi qiymətləndirirlər. Amma yenə də irəliləməyə çalışmalısan. Düşünürəm ki, çətin günlər artıq arxada qalıb. Mübarizəyə davam etməlisən, üzərində çalışmalısan, özünü ən yaxşı tərəfdən göstərməlisən. Səbrli olmalısan, vaxtını gözləməlisən. Bu anda “Kəpəz”ə təşəkkürümü bildirmək istəyirəm. Məni yenidən həyata qaytardı, sevindirdi, üzümü güldürdü. Buradayam, bacardığımın ən yaxşısını nümayiş etdirməyə çalışıram, komandaya faydalı olmaq istəyirəm. Klubuma uğur əldə etmək üçün kömək edirəm. Həmçinin, gənc oyunçularımıza dəstək olmağa çalışıram. Bəli, hazırda burada xoş günlər yaşayıram.
- Uzun illər Avropada böyük şəhərlərdə, gur mühitdə yaşamısan. Gəncədə darıxmırsan?
- Gəncəlilər futbolu, “Kəpəz”i çox sevirlər. Bu, mənə xoş gəlir. Mənim üçün isə burada yaşamaq... Bilirsiniz, diqqətimi ancaq oyunlara yönəltmişəm. Hər gün məşq edirəm. Yalnız oyunlar haqqında düşünürəm. Burada tək yaşasam da, bu, mənim üçün problem deyil. Ölkəm Gəncəyə yaxındır. Dostum Mate də darıxmağa qoymur. Bir yerdə vaxt keçiririk. Ümid edirəm yaxınlarda ailəm də bura gələ biləcək. Özümü yalnız hiss etmirəm. Burada həm Azərbaycandan, həm də Gürcüstandan olan çoxlu dostlarım var. Mənim üçün haradasa tək yaşamaq problem deyil. Çünki Avropada da tək yaşamışam.
- Futbolçu olmağına əsas səbəb nə olub?
- Uşaq vaxtından futbola böyük marağım olub. Valideynlərim danışırdılar ki, gecələr topla yatırdım. Hamı kimi küçədə futbol oynamışam və elə o yaşlardan futbolun həyatıma böyük təsiri olub. Bunu hiss edən valideynlərim mənə dəstək olublar və böyüyəndə peşəkar futbolçu olmağımı istəyiblər.
- Papuya güc verən nədir?
- Karyeramda çətin anlar çox olub. Amma heç vaxt təslim olmamışam, ruhdan düşməmişəm. Prinsiplərim mənə güc verib. Hazırda əsas düşüncəm “Kəpəz”i Premyer Liqada saxlamaqdır. Mənə motivasiya verən də budur. Sadəcə, hər zaman irəliyə getmək barədə düşünməlisən. Heç vaxt təslim olmamalısan. Və əminəm ki, mənim yaxşı günlərim hələ qabaqdadır. Hələ heç nə bitməyib.
- Futbol aləmini iki yerə bölən sual: Messi, yoxsa Ronaldo?
- Messinin istedadına və ustalığına vurğunam. Ronaldonun isə insani keyfiyyətlərinə heyranam.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər