İsveçin "Yurqorden" klubunun baş məşqçisi Tomas Laqerlöf növbəti dəfə Musa Qurbanlıya az şans verməsi barədə açıqlama verib.
QOL.az xəbər verir ki, bu haqda 52 yaşlı mütəxəssis fotbolldirekt.se saytına danışıb. Bugünlərdə elə həmin media qurumuna müsahibəsində Azərbaycan millisinin hücumçusu M.Qurbanlı U-21 komandasına göndərilməsi haqda ona heç bir izahat verilmədiyini deyib. "Əlbəttə, bu, onların qərarıdır. Bu barədə danışsalar, yaxşı olardı. Amma heç nə demirlərsə, bu, normaldır" - deyə Musa bildirib.
Tomas Laqerlöf isə Musanın fikirləri ilə razılaşmır. "O, oynamamağı ilə əlaqədar izah alıb" - deyə məşqçi qeyd edir.
Jurnalistin "Bu izahatı kütləvi informasiya vasitələrindən gizli saxlamaq istəyirsiniz?" sualına baş məşqçi belə cavab verib: "Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdir. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik".
Musa U-21 komandasında keçirdiyi rəsmi matçlarda 2 qol vurub. Bu fakt onun əsas komandaya qayıtmasına kömək edə bilərmi? Bu məsələ barədə danışan Tomas Laqerlöf deyib:
"Əlbəttə, hər məşq, hər oyun - bu əsas komandada ola bilər, U-21-də də - özünü göstərmək üçün bir şansdır. Əgər siz yaxşı çıxış edirsinizsə, bu, sizi uğura yaxınlaşdırır. Biz Musaya da demişdik: biz istəyirik ki, heyətdə bütün oyunçular oynasın. Amma bu halda kimisə heyətdən çıxarmalıyıq və onda rəqabət yaranır. Oyundan oyuna hər şey onda asılı olacaq ki, heyətin digər yarısı necə görünür. Siz hücumçuya, yarımmüdafiəçiyə, yaxud digərinə üstünlük verirsinizmi... Amma o, hər yaxşı nəticəsi ilə özünün mövqeyini gücləndirir".
Sayt onu da yazıb ki, bu yay Musa "Yurqorden"i tərk edə bilər. Bunun üçün klub 9-10 milyon İsveç kronu (təqribən 850 min avro) tələb edir. Bu, isə "Yurqorden"in Musa üçün "Qarabağ"a ödədiyi məbləğdən (6 milyon) 3-4 milyon kron çoxdur.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video