“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”

“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”
DÜNYA FUTBOLU 10 May 2024 / 13:14 4061
-  A +

"Liverpul"un baş məşçisi Yurgen Klopp sabiq komandası “Borussiya”nın Çempionlar Liqasının finalına çıxması ilə bağlı təəssüratlarını bölüşüb.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Dortmund klubunun Çempionlar Liqasını qazanmasının vaxtı çatdığını bildirib:

“Vay! Heyrət! Hər kəsi təbrik edirəm. “Borussiya” finalda oynamağa layiqdir. Gəlin, indi bu lənətə gəlmiş kuboku götürün”.

"Borussiya" Çempionlar Liqasının finalında "Real"la qarşılaşacaq. Oyun iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, Klopp 2013-cü ildə "Borussiya"nı Çempionlar Liqasının finalına çıxarsa da, komandası həlledici görüşdə "Bavariya"ya uduzub.


Son xəbərlər