“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İsmail Azzauinin QOL.az saytına müsahibəsi
- “Neftçi” və “Səbail”lə görüşlərdə 4 xal toplasanız da, “Zirə”yə böyük hesabla uduzdunuz. 0:3 hesablı yenilgini nə ilə əlaqələndirirsiniz?
- Əslində “Zirə” ilə oyuna yaxşı başlamışdıq. İlk yarıda üstün idik. Qol vurmaq üçün şanslarımız də var idi. Təəssüf ki, bəxtimiz gətirmədi. Onlardan yararlana bilmədik.
- İkinci hissəyə də fəal başlasanız da, sonradan ardını gətirə bilmədiniz...
- Bəli, fasilədən sonra da qol vurmaq üçün imkanlarımız mövcud idi. Amma bizim üçün bəxtsiz bir gün idi. İkinci yarının əvvəlində, ilk 15-20 dəqiqədə üstün idik. Heç cür lazım olan qolu vura bilmədik. Orxan Əliyevin yaxşı şansları var idi. Əvəzində rəqib hesab arasındakı fərqi artırdı və bununla da matçın taleyi demək olar ki, həll olundu. Çünki 0:2-dən sonra geridönüş etmək çətin idi. Artıq “Zirə” tamamilə oyuna nəzarəti əldən keçirdi. Elə bu səbəbdəndir ki, çox keçmədən üçüncü qolu vurmaqla qalan dəqiqələri formallığa çevirdilər.
- “Araz-Naxçıvan” əksər oyunlarda sanki ilk yarıda qapısında qol gördükdən sonra ayılır və ikinci hissəni daha yaxşı keçirir. Bunun səbəbi nədir?
- Konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Qeyd etdiyiniz şəkildə bir neçə oyunumuz olub. Hansı ki sonradan toparlanmışıq. Amma təəssüf ki, “Zirə” ilə oyunda bu, alınmadı. Əlbəttə, ilk qolu rəqib yox, biz vursaq, daha yaxşı olar.
- Yəqin razılaşarsınız ki, “Araz-Naxçıvan” qeyri-stabil çıxış edir...
- Razıyam. Məsələn, “Kəpəz” və “Qəbələ”yə uduzandan sonra “Neftçi”yə qalib gəldik. Yaxud “Qarabağ” və “Sabah”ı məğlub edib, sonra nisbətən zəif rəqibə yenilmişik. Bəlkə də bu, ondan irəli gəlir ki, eyni səviyyədə olduğumuz rəqiblərlə oyunlarda çətinlik çəkirik. Görünür, həmin matçlara lazımi qədər motivasiya ola bilmirik. Lakin bu yanaşmanı mütləq dəyişməliyik. Bütün matçlara eyni səviyyədə çıxmalıyıq.
- “Zirə” ilə matçda hakimlikdən razı qalmadığınız meydanın kənardan da hiss olunurdu. Azərbaycanlı hakimlərin idarəçiliyi nə dərəcədə qənaətbəxşdir?
- Hakimlik barədə çox danışmaq istəmirəm. Düzdür, mən təkcə bizim məğlubiyyətimizə səbəb olan çox saylı qərarları nəzərdə tutmuram. Həmçinin, "Qəbələ" - "Kəpəz" matçında əllə oyun epizodunu da xatırlatmaq istəyirəm. Bəzən başa düşmürəm ki, VAR-ın mövcud olduğu ölkədə niyə belə qərarlar verilir. Normal olaraq hakimlər buna əsasən qərar qəbul etməlidir. “Zirə” ilə matçda baş verən penalti epizodunda da ofsayd verildi, amma orada heç bir ofsayddan söhbət gedə bilməzdi. Biz epizodun təkrarına baxdıq, ofsayd yox idi. Bəzən başa düşməyə çalışıram ki, hakimlər bu cür qərarları necə və nəyə əsasən qəbul edir. Onlar qərarlarını ölçüb biçib verirlər. Bunları müzakirə etmək lazımdır.
- Xal fərqi az olsa da, artıq “Araz-Naxçıvan” səkkizinci pilləyə enib. Turnir cədvəlində yenidən yuxarı qalxmaq mümkün olacaq?
- Səkkizinci yerdə olsaq da, ikinci pillədən bizi cəmi 5-6 xal ayırır. Yəni faciəvi durum deyil. Mütləq toparlanmalı və hər matça ciddi yanaşmalıyıq. İnanıram ki, tezliklə turnir cədvəlindəki mövqeyimizi yenidən yaxşılaşdıracağıq.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi