“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqanın 20-ci turunda “Sumqayıt”la görüşdə heç-heçə ilə kifayətləndiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?
- “Sumqayıt”a qarşı çox yaxşı oynadıq. Xeyli qol epizodları yaratdıq. Lakin təəssüflər olsun ki, bu, qələbə qazanmaq üçün kifayət etmədi. Ümid edirəm ki, bundan nəticə çıxardacağıq, növbəti matçlara daha yaxşı hazırlaşacağıq və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Qeyd etdiyiniz kimi, komandanız xeyli qol şansını qaçırdı. Bunu nə ilə əlaqələndirmək olar?
- Adətən bu cür hallarda deyirlər ki, bir qədər bəxtimiz gətirmədi. Ancaq mən komanda yoldaşlarım barədə yalnız xoş sözlər söyləyə bilərəm. Onlar daim hərəkətdə idilər, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Dediyim kimi, xeyli sayda qol epizodu da yaratdılar.
- İlin ilk 2 turunda qələbə qazana bilməmisiniz. Necə düşünürsünz, növbəti turda “Kəpəz”lə matçda bu uğursuzluğa son qoymaq mümkün olacaq?
- İndi növbəti turda “Kəpəz”ə qarşı keçiriləcək oyun barədə düşünmürük. Çünki qarşıda kubok oyunumuz var. İlk növbədə “Qəbələ” ilə matçda uğur qazanmağa çalışacağıq. Yalnız ondan sonra “Kəpəz” barədə fikirləşmək olar.
- “Araz-Naxçıvan” üçün hansı daha önəmlidir: ölkə çempionatı, yoxsa kubok?
- Kubokdan avrokuboklara gedən yol daha qısadır. Amma konkret seçim etmək çətindir. Çünki biz çempionatda da hər oyuna qələbə üçün çıxırıq. Biz oyunları kubok, ya çempionat, eləcə də rəqibləri güclü, yaxud zəif deyə bölmürük. Hər zaman yaxşı oyun sərgiləmək üçün çalışırıq.
- “Sumqayıt”la oyundan öncə komanda yoldaşınız Turan Manafov “Ayın ən yaxşı qolu”nun müəllifi kimi Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırıldı. Bu cür müsabiqənin qapıçılar arasında da keçirilməsini istərdiniz?
- Əlbəttə, istərdim. Adətən qapıçılar bu cür müsabiqələrdən kənarda qalırlar. Halbuki qapıçılar da oyun ərzində xeyli seyv edirlər, komandalarının qazandıqları uğurda böyük pay sahibi olurlar. Ona görə də qapıçıların bu cür müsabiqələrdən kənarda qalması insana mənfi təsir edir. Amma nə etmək olar. Hər halda təşkilatçılar belə qərar qəbul ediblər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"