“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun QOL.az saytına müsahibəsi
- Həftə arası təxirə salınmış oyunda “Qəbələ”ni məğlub etdiniz. Hesabı nəzərə alsaq (4:0), “Qarabağ”ın qələbəni asanlıqla əldə etdiyini söyləmək olar?
- Böyükhesablı qələbə qazansaq da, asan oyun olmadı. Qəbələdə oynamaq həmişə çətindir. İlk növbədə hava şəraitinə görə. Dağlıq ərazidir, hava təmizdir deyə müəyyən çətinlik yaranır. Matça gəldikdə isə 90 dəqiqə boyunca nizam-intizamı qoruduq, baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Layiqli qələbə qazandıq.
- Bu matçda siz həm də keçmiş baş məşqçinizə qarşı oynadınız...
- Bəli, Kaxaber Sxadadze “İnter”də (indiki “Şamaxı” - red.) mənim baş məşqçim olub. Ona hörmətim böyükdür. Gələcək oyunlarda Sxadadzeyə uğurlar arzu edirəm.
- Bazar günü “Neftçi” ilə qarşılaşacaqsınız. Azərbaycan derbisi öncə komandada vəziyyət necədir?
- Vəziyyət yaxşıdır. Lakin çalışacağıq ki, bundan da yaxşı olsun. Hazırda bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik. Yalnız bu matç haqda düşünürük. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” ilə görüşdə də qələbə qazanaq.
- “Neftçi”dən sonra sırada “Bayer”lə matçdır. Demək olar ki, Avroliqanın 1/8 finalının püşkü “Qarabağ” üçün uğursuz oldu?
- Açığı, mən rəqib qismində “Bayer”i gözləmirdim. Lakin qismətdən qaçmaq olmur. “Bayer”in gücü hamıya məlumdur. Leverkuzen klubu hazırda nəinki Almaniyada, ümumilikdə qitədə ən yaxşı formada olan komandalardan biridir. Cari mövsüm hələ ki, uduzmayıblar. “Bayer”in məğlubiyyətsiz oyunlar seriyasını qırmaq üçün əlimizdən gələni edəcəyik.
- Bu, nə dərəcədə realdır?
- Hazırda futbol elə bir səviyyəyə çatıb ki, hər komandaya qarşı oynamaq, mübarizə aparmaq olar. Lap rəqibin “Real”, “Barselona” olsa belə. Çox uzağa getməyək. Bizim məğlub etdiyimiz “Şerif”in “Real”a qarşı necə oynadığını yəqin xatırlayırsınız. Əsas odur ki, cəsarətli olasan. Qurban müəllim də hər zaman bizə bu fikri aşılayır. Onun dediyi kimi, əsas odur ki, heç nədən qorxmayasan.
- Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri də azarkeşlərlə bağlıdır. Avroliqada 30 min tamaşaçı önündə oynayan “Qarabağ”ı daxili çempionatda heç min nəfər stadiondan dəstəkləmir...
- Biz də istərdik ki, yerli oyunlara azarkeşlər çox gəlsin. Bu məqam bizə əlavə motivasiya verər. İstər-istəməz azarkeş dəstəyini hiss edəndə daha baxımlı oynamağa çalışırsan. Azarkeşlərə səslənirəm ki, 100-200 nəfərlə kifayətlənməyək, çempionat oyunlarında bizi 10-15 min azarkeş dəstəkləsə, əla olar.
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu
Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
Azarkeşlər Levandovskinin əvəzləyicisini seçdilər
Oyun şansı tapa bilmədiyi üçün klubdan getmək istəyir
Tuhel İngiltərənin oyununu tənqid etdi
Tanınmış futbolçu Meksika klubundan ayrılır
"Fənərbaxça" bu ulduz futbolçuları almaq istəyir
"Şamaxı" onu da heyətdə saxladı
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
U-21 millimizin qələbəsi - Video
Braziliyada "Qarabağ" sevgisi - Şəkil
Argentina millisinin üzvü "Tottenhem"də
Braziliya Misirə qalib gəldi
Məşhur futbolçu üçün DÇ-2026 öncəsi ağır cəza riski
Türkiyə millisindən növbəti qələbə
Rusiya klubları yenə avrokuboklardan kənarda - Rəsmi
Azərbaycan millisi yarımfinalda - Dünya kuboku
45 yaşlı Dani Quizanın yeni klubu bilindi
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"