“Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşikenin QOL.az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda öz meydanınızda “Qəbələ” ilə 1:1 hesablı bərabərə qaldınız. Qələbə qazanmaq üçün nə çatışmadı?
- Kubok oyunları çempionatdan fərqlənir. Düzdür, qalib gələ bilmədik. Lakin hələ heç nə məlum deyil. Qarşıda cavab görüşü var. Əlimizdən gələni edəcəyik ki, həmin matçda qalib gəlməklə yarımfinala adlayaq. Kubok bizim üçün çox önəmlidir.
- Rəqib ikinci hissədə azlıqda qalsa da, bundan istifadə edə bilmədiniz...
- Təəssüf ki, ikinci qolu vurmaq mümkün olmadı. Amma "Qəbələ"nin də şansları vardı. İstənilən halda cavab görüşünə çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq.
- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?
- Şanslar bərabərdir. İlk görüşdən sonra komandalardan heç biri üstünlük qazana bilmədi. Düzdür, “Qəbələ” ikinci görüşdə ev sahibi olacaq. Lakin bu, ciddi fərq etmir. Bizim üçün finala bərabər görüş olacaq. Mütləq qalib gəlməliyik. Yarımfinala adlamağı çox istəyirik.
- Penalti epizodunda kənardan belə görünürdü ki, zərbəni siz yerinə yetirmək istəyirsiniz. Sonradan topu komanda yoldaşınıza verməyinizə səbəb nə oldu?
- Bəli, penaltini yerinə yetirmək istəyirdim. Lakin baş məşqçimiz dedi ki, zərbəni Turan vursun. Təəssüf ki, onun da zərbəsi qeyri-dəqiq alındı.
- Çempionatda son turlar qələbə qazana bilmirsiniz. Düşünmək olar ki, “Araz-Naxçıvan”ın kubokdan avrokuboklara yollanmaq şansı daha yüksəkdir?
- Əlbəttə, kubokdan avrokuboklara vəsiqə qazanmaq daha yaxşıdır. Yol qısadır. Üstəlik, kubokun qalibi Konfrans Liqasına deyil, Avroliqaya yollanacaq ki, bu da əlavə üstünlükdür. Ancaq bu o demək deyil ki, çempionat bizim üçün önəmli deyil. Hər iki yarışda sona qədər mübarizə aparacağıq.
- Premyer Liqanın 21-ci turunda Qəbələdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Vaxtımız azdır. Kuboka görə sıx qrafikdə oynayırıq. Rəqibin isə kubokda mübarizəni dayandırdığından bu matça daha rahat hazırlaşmaq imkanı var. Odur ki, bizi çətin oyun gözləyir. Əslində, Azərbaycan çempionatında heç bir oyun asan keçmir. Bütün gücünü meydanda qoymalısan. Biz də “Kəpəz”lə matçda əlimizdən gələni edəcəyik ki, qələbə həsrətinə son qoyaq.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı