"Zirə”nin kapitanı Qismət Alıyevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 30-cu turunda Sumqayıt səfərində qazanılan 1 xalı necə dəyərləndirirsiniz?
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki “Sumqayıt” son turlar baxımlı futbol sərgiləyir. Bütün komandalar Sumqayıt səfərində çətinliklə üzləşirlər. Oyuna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Bundan sonra artıq “Neftçi” ilə matça köklənməliyik.
- İlk hissə elə də parlaq alınmadı. Təkcə qapıya ilk zərbənin 38-ci dəqiqədə endirildiyini desək, kifayət edər. Bu məqamı nəzərə alaraq demək olar ki, komandalar daha çox uduzmamaq barədə düşünürdülər?
- Bəli, hər iki komanda bir qədər ehtiyatlı oynayırdı. Heç kim uduzmaq istəmirdi. Çünki “Sumqayıt” qələbə qazansaydı, turnir cədvəlində bizi geridə qoyacaqdı. Biz qələbə qazansaydıq, turnir cədvəlində rəqibdən bir qədər aralanacaqdıq. Ona görə də hər iki tərəf ehtiyatlı davranırdı. Bu səbəbdən bir o qədər də baxımlı futbol alınmadı. Oyun ərzində qol epizodlarının sayı elə də çox deyildi.
- Bütün bunları nəzərə alsaq, sizcə, “Zirə” səfərdə 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Komandalardan heç biri digərindən aşkar üstün deyildi. Nə bizim, nə də rəqibin real qol epizodları oldu. Ona görə də düşünürəm ki, 0:0 ədalətli hesabdır.
- Mövsümün sonuna artıq 6 tur qalıb. “Zirə”nin avrokuboklar şansını necə qiymətləndirirsiniz?
- Qarşıda bizi 2 vacib oyun gözləyir. Əvvəlcə çempionatda “Neftçi”ni qəbul edəcəyik. Daha sonra isə kubokda yarımfinal mərhələsinin cavab görüşündə “Qəbələ”nin qonağı olacağıq. Çalışırıq ki, həm kubokda finala çıxaq, həm də çempionatda medalçılar siyahısında yer alaq. İndidən şanslar barədə nəsə demək çətindir. Çünki 5-6 komanda demək olar ki, avrokuboklar uğrunda mübarizəni davam etdirir. Bu mübarizədə hər bir komanda digərini üstələyə bilər.
- Qeyd etdiyiniz kimi, növbəti turda “Neftçi”ni qəbul edəcəksiz. Bu oyundan gözləntiləriniz nədir?
- Turnir cədvəlində vəziyyət elədir ki, komandalar bir-birinə çox yaxındır. Hansısa komanda ardıcıl 2 qələbə qazansa, rəqiblərindən aralana bilər. Biz də çalışacağıq ki, “Neftçi” ilə matçda qələbə qazanaq. Turnir cədvəli baxımından da çox mühüm bir görüş olacaq.
- Kubokdakı final şansı barədə nə deyə bilərsiniz? Nəzərə alsaq ki, ilk oyunda 2:1 hesabı ilə qalib gəlmisiniz və bu, bir qədər “sürüşkən” hesabdır...
- “Qəbələ” ilk matçda da yaxşı oynadı. Sona kimi mübarizə aparırlar. Hətta 90-cı dəqiqədə belə dayanmırlar. Üstəlik, nəzərə almaq lazımdır ki, hava şəraitinə görə Qəbələdə oynamaq əlavə çətinliklər yaradır. Matça çox ciddi hazırlaşmalı, meydanda bir an belə diqqətsizliyə yol verməməliyik. Çünki turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, “Qəbələ” heç də zəif komanda deyil. Çempionat oyununda qazandığımız 4:0 hesablı qələbə aldadıcı ola bilər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"