“Turan Tovuz”un qapıçısı Aydın Bayramovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 29-cu turunda “Sabah” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Ağır oyun oldu. Evdə oynadığımız üçün məsuliyyət hiss edirdik. Azarkeşlərimizi sevindirmək üçün əlimizdə gələni etdik. Şükürlər olsun ki, qələbə qazana bildik.
- Artıq turnir cədvəlində altıncı pilləyə yüksəlmisiniz. Sona 7 tur qalmış “Turan Tovuz”un hədəfi neçənci yerdir?
- Bu il üçün məqsədimiz Premyer Liqada qalmaqdır. Amma mövsümün sonuna qədər hər oyunda maksimum nəticə üçün meydana çıxacağıq. Çalışacağıq ki, bacardığımız qədər yuxarı pillədə qərarlaşaq.
- Ardıcıl uğurlu oyunlar “hər növbəti matçda qələbə qazanmalıyıq” deyə üzərinizdə təzyiq yaratmır?
- Xeyr. Belə düşünmürəm. Üzərimizdə belə bir təzyiq yoxdur.
- “Turan Tovuz”un avrokuboklara yollanmaq şansı nə dərəcədə realdır?
- Xal fərqləri göz qabağındadır. 6-7 klubun avrokuboklara yollanmaq şansı var. O cümlədən də bizim. Lakin indidən proqnoz vermək çətindir.
- Çempion mövsümün sonuna 8 tur qalmış müəyyənləşdi. Bu, Azərbaycan çempionatının səviyyəsinin aşağı olduğunu göstərir, yoxsa “Qarabağ” çox güclüdür?
- Xeyr. “Qarabağ”ın erkən çempionluğu çempionatın səviyyəsinin aşağı olduğunu göstərmir. Azərbaycan Premyer Liqası çətin çempionatdır. Çempionluq uğrunda olmasa da, digər yerlər uğrunda necə rəqabətin olduğu göz önündədir. Sadəcə “Qarabağ”ın gücü artıq bəllidir. Komanda nəinki ölkə daxilində, Avropada da inamlı təsir bağışlayır.
- Ötən mövsümlə müqayisədə bu mövsüm “Turan Tovuz” ev oyunlarında daha inamlı çıxış edir. Bunu nə ilə əlaqələndirmək olar?
- Ötən mövsümlə müqayisə edə bilmərəm. Lakin onu deyim ki, evdə oynamaq həqiqətən də bizə həzz verir. Çünki Tovuzda hər oyunda əsl futbol atmosferi hiss olunur.
- Çempionatda ən çox quru oyun keçirən iki yerli qapıçıdan biri olsanız da, millinin mart ayındakı toplanışa dəvət almadınız. Bu, sizin üçün gözlənilməz olmadı?
- Gözlənilməz olmadı. Bu, millinin məşqçilərinin qərarıdır və mən də bu qərara hörmətlə yanaşıram. Əlbəttə, millidə oynamaq mənim ən böyük arzumdur. Əlimdən gələni edirəm ki, qarşıdakı toplanışa dəvət alım.
- Mövsümün bitməsinə təxminən 2 ay qalıb. Sizi növbəti mövsümdə də “Turan Tovuz”da görəcəyik, yoxsa başqa planlar var?
- Hazırkı müqaviləm mövsümün sonuna kimidir. Fikrimi ancaq “Turan Tovuz”a yönəltmişəm.
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər