Qarabağ atlarını dünyadakı digər at cinslərindən fərqləndirən xüsusi bir cəhəti var ki, bunu yalnız mütəxəssislər və tədqiqatçılar bilir. Bu atların nəsli türkmən at cinslərinin nəslindəndir. Boy-buxununa görə ərəb atları, daha yaraşıqlı görünür və qısa məsafədə Qarabağ atlarını keçir. Amma uzaq məsafədə Qarabağ atları ərəb atlarının yanından «Mersedes» «Jiquli»nin yanından keçən kimi keçir. Amma əsas fərq bu deyil. Qarabağ atları orta boylu atlardır, döyüşdə böyük manevr imkanlarına malikdir, düşmənin qılıncının qarşısından sıyrılıb çıxa bilirlər. Yenə də əsas fərq bu deyil. Qarabağ atları yeganə at cinsidir ki, döyüşdə üstündəki əsgərlə bərabər düşmənlə vuruşa bilir. Ayaqları ilə, ağzı ilə düşməni məhv edir.
Və onu da qeyd edim ki, təmiz cinsli Qarabağ atlarını qaşovlayıb gün üzünə çıxaranda qızıl balıq kimi üstlərində qızıl pullar göz oxşayır.
«Nəsimi» filmində Usta belə bir ifadə işlədir ey: «Teymur mənim at ağızlı oğlanlarımı…» «At ağızlı» ifadəsi də məhz Qarabağ atlarının döyüşkənliyindən yaranıb. Yəni dişiylə, dırnağıyla da düşmənlə çarpışır bizim atlar.
Qurban Qurbanovun köhlən atları da «Legiya» ilə dişiylə, dırnağıyla «döyüşdü». Və Qurbanın at ağızlı köhlənləri çox həssas bir dönəmdə xalqımıza böyük sevinc yaşatdı.
At ağızlı əsgərlərimiz erməniləri necə ki «dişiylə-dırnağıyla» məhv edib torpaqlarımızı azad edirlər! Və Qurban Qurbanovun köhlən atlarının qələbəsi onlara yeni bir ruh verdi.
Qurban Qurbanovu və komandanın bütün kollektivini, futbolçuları ürəkdən təbrik edirik.
Tanrı ön cəbhədəki at ağızlı əsgərlərimizi qorusun! Və Tanrı Qurban Qurbanovun at ağızlı köhlənlərini də!
Aqil ABBAS
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı