“Zirə”nin sabiq baş məşqçisi Samir Abasovun Qol.az saytına müsahibəsi
- Millətlər Liqasının püşkünü yığmamız üçün necə qiymətləndirmək olar?
- Bu qrupdakı rəqiblər əvvəlkinə nisbətən daha güclüdür. Əvvəlki qrupda Malta, Farer adaları vardı. Hətta, onlardan 100 faiz xal almalıyıq deyənlər də olmuşdu. Düşünürdük ki, onlardan rahatlıqla xal götürə bilərik. Amma bu qrupda elə komanda yoxdur, bütün rəqiblər güclüdür. Ona görə də həddindən artıq çətin olacaq.
- Oyunları izləyirsiniz. Futbolçuları da görürsünüz, potensiallarını bilirsiniz. Bəs, bizim milli komanda qrupda nə edə bilər, hansı nəticəni qazana bilər?
- Məndən soruşsanız ki, birinci yeri tutacağıq, buna təminat verə bilmərəm. Çünki keçən qrupda Kosovonu geridə qoyub, birinci yeri tutmaq imkanımız vardısa, bu gün Kipr, Lüksemburq, Monteneqro rəqib olub. Hamısı eyni gücdə olan komandalardır. Potensialı da bir oyunla ölçə biləcəyik. Məsələn, ayın 15-i matç var. Orada potensialın olub-olmaması nəticəsini çıxara bilərik. Bu gün tək yolumuz Millətlər Liqasıdır ki, ondan nə isə əldə edə bilərik. Bu da 100 faiz təminat deyil ki, Millətlər Liqasında qrupdan çıxacağıq. Biz bu gün millimizi çempionatın gedişatı, burada olan oyunçuların durumu ilə ölçsək, gərək, yaylıq götürüb, ağlayaq. Amma formada olmayan futbolçu və ya kifayət qədər şans verilməyən oyunçu da həmin matçda çıxıb, nəticəyə təsir edə bilər. Buna ümid etməliyik.
- Çempionatdan söz düşmüşkən, ümumi mənzərə necədir?
- Qış fasiləsindən sonra Premyer Liqa daha maraqlı olub. 1 xal üçün necə mübarizə aparırlar. Bir az gərginləşib. Aşağı-yuxarı yenə də vəziyyət eynidir. Mövsümün əvvəlində olduğu kimi əsas rəqabət “Qarabağ”la “Neftçi” arasındadır. Ümumiyyətlə, görülən işlər, futbolçuların təcrübəsi, iştah baxımından, yəni, hər tərəfdən “Qarabağ” həmişə irəlidədir. İştah deyəndə nəyi nəzərdə tuturam? Komanda 5-6 ildir ki, Avroliqada, Çempionlar Liqasında çıxış edir. Artıq futbolçular düşünürlər ki, hər il avrokuboklara gedirik, bu dəfə də çıxaq, özümüzü daha yaxşı göstərək. Bu baxımından onlar bütün komandaları 5 baş qabaqlayır. Bəziləri fikirləşir ki, kaş mən bu il Avroliqanın qrupuna düşərdim. Amma “Qarabağ” belə düşünmür. Fikirləşir ki, kaş mən bu il qrupdan çıxardım. Xeyli fərq var.
- Legioner həyatı yaşayan futbolçularımızın – Ramil Şeydayev, Emil Balayevin Azərbaycana qayıdışı birmənalı qarşılanmadı. Bu haqda sizin fikriniz necədir?
- Milli komanda üçün yaxşı qərar olduğunu deyə bilmərəm. Amma sərf edən qərardır. Çünki onlar oynayacaq, ən azından formada qalacaqlar. Lakin biz futbol adamları bu gün kimisə müzakirə ediriksə, ən azından anlamağa çalışmalıyıq, özümüzü onların yerinə qoymalıyıq. Bu gün Emil Balayev Dmitri Kramarenko ilə fərdi məşq etməkdənsə, əlbəttə “Zirə”də oynamağı daha yaxşıdır. Bu uşaq nə etməlidir ki? Deyirlər ki, futbolçularımız xaricdən qayıdırlar. İstəmirlər də, qardaş. Bunu qəbul edin də. İstəyən klub gəlib, pulunu verib, alar. Norveç klubu Emilin qarşısına elə şərtlər qoydu ki… Yəni gəlirsən, gəl, gəlmirsən, gəlmə. Bir klub bu futbolçunu istəyirsə, gəlir, o biri klublarla rəqabətə girir. O 10 manat verirsə, bu 15 verir, alır. İstəmək budur. Ona görə də düzgün qərardır. Bu uşaqlar boş-boşuna dayanmaqdansa, gedib, oynayırlar da. Neynəsinlər? Evdə otursunlar?
- AFFA-dan hər hansı bir iş təklifi almamısınız ki? Məsələn, aşağı yaş qruplarından ibarət yığmalardan birinə baş məşqçi vəzifəsinə.
- Konkret olaraq AFFA tərəfindən Samir, səni 15 yaşlılardan ibarət yığmaya çağırırıq deyə təklif olmayıb. Amma bunu mən özüm açıq bildirmişəm ki, mən aşağı yaş qrupları ilə işləmə metodlarını bilmədiyimə görə, uşaqlara fayda verə bilməyəcəyəm. Ona görə bu adamları da başa düşmək olar. Mənə necə təklif etsinlər? Mən özüm də bəyan etmişəm, onlara da müxtəlif yollarla çatdırmışam ki, məni qınamayın, orada işləyə bilmərəm, bacarmadığım iş üçün gedə bilmərəm.
- İşsiz sizə çətin deyil?
- Hər şey normaldır. İşləyəndə əvvəllər gecə-gündüzüm yox idi. Bütün günü məşqləri düşünürdüm. Məsələn, iki gün sonraya məşq salmışam, səhər görürdüm ki, bu, alınmayacaq, futbolçular yorğundur. Bütün günü oyunların analizini aparırdım. İndi düşünməlisən ki, nə edim? Hazırda bu baxımdan rahatlıqdır. Heç kim də fikirləşməsin ki, mən bu gün işsizəm, bunu dərd edirəm. Yox, mənim üçün hər şey əladır. Bunu normal qəbul edirəm. Məşqçilikdə ola biləcək şeylərdir.
Ramiq AĞAMƏMMƏDOV
"Şimal" - MOİK matçında vurulan qollar - Video
Martinsin dublu, "Zirə"nin qələbəsi - Video
"Şimal" MOİK-lə bərabərə qaldı
"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov
"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü
"Zirə" liderliyə yüksəldi, "İmişli"dən qələbə
Şahruddindən qələbə şərhi
La Liqanın prezidenti İngiltərə Premyer Liqasını tənqid etdi
Jorj Kaşkilya: “İmişli” hər oyuna qələbə üçün çıxır”
Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub
"Zirə" - "Şamaxı": Heyətlər
Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
“Qarabağ”da şok itki - Zədəsi ciddidir
"Arsenal"da yeni baş direktor
"Karvan" - "İmişli": Heyətlər açıqlandı
"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?
Minifutbol: "Zirə" Çempionlar Liqasının 1/4 finalında
Haalanddan daha bir uğur
"Formula 1 Azərbaycan Qran-Prisi"ndə sərbəst yürüş başladı
“Braqa”dan “Qarabağ”a mesaj - “Sizin üçün darıxmışıq”
Üç güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
ÇL-də həftənin oyunçusu adına 4 namizəd
“Kayrat”ın baş məşqçisi 1:4-ə belə şərh verdi
"Vulverhempton"dan Vitor Pereyra ilə bağlı qərar - Rəsmi
"Qalatasaray"ın "Ayntraxt"a ağır məğlubiyyəti - Video
Flik onu fantastik futbolçu adlandırdı
“Qarabağ” ilk turu neçənci yerdə başa vurdu?
Azərbaycanlı hakimlər ÇL-in oyununu idarə etdilər
Azərbaycan klubları ÇL-in növbəti mərhələsinə yüksəldilər
Millimizin və "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi
"Səbail" və "Bakı Sportinq"dən qələbə, "Şəfa"dan darmadağın
Millimizdən Moldovada ardıcıl ikinci qələbə
Mourinyo rəsmən “Benfika”da
“Barselona” düşərgəsindən milliyə narazılıq
U-15 millimiz Monteneqro yığmasına qalib gəldi
Luis Enrike birinci hissəni niyə tribunadan izləyib?
Yılmaz Vural bu klubun baş məşqçisi oldu