Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
“Qəbələ”dən püşkə münasibət

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
İsveç, Belçika və İngiltərədən qələbə
"Qarabağ"ın rəqibi müəyyənləşdi
“Qarabağ” Billiata bu qədər pul təklif edir
“Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri bilindi
Linklər
525ci Qəzet

“Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
A A A

[19.12.2017]
“Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”

Anatoli Banişevskinin necə futbolçu olması, Azərbaycan futboluna, “Neftçi”yə necə xidmət etməsi haqqında danışmağa ehtiyac yoxdur. Əslində Banişevskini tanıtdırmağa da gərək yoxdur. Ancaq bizim hər şeyi tez unutmaq kimi bir pis xüsusiyyətimiz var. Biz hətta Banişevski kimi bir futbolçunu da asanlıqla unuda bilərik. Necə ki, artıq bu mərhələdəyik. Bu unutqanlığımızı davam etdirsək, gələcək nəsil Banişevskini heç tanımayacaq.

Əslində Banişevskini hələ sağlığında yaddan çıxarmışdıq. Onu qorumaq üçün heç nə etmədik və dahi futbolçumuzu 51 yaşında itirdik. Hələ yaşamaq uğrunda mübarizə apardığı vaxt bəzi futbol adamları Banişevskiyə layiq olduğu mükafat əvəzinə saxta 50 dollar verməyi də özlərinə ar bilməməşdi.

Adətən bizim cəmiyyətdə sağlığında yox, öləndən sonra qiymət verilir insana. Ancaq Banişevskiyə bu gün layiq olduğu qiymət verilməyib. Doğulduğu və vəfat etdiyi günlərdə yada salırıq və hərdən adına kiçik turnirlər keçirilir, vəssalam. Ancaq bir futbolçuya layiq olduğu qiyməti vermək üçün ilk növbədə onun adını əbədiləşdirməlisən. Dünya təcrübəsində belədir. Bir çox ölkədə öyündükləri futbolçunun adını stadionlara veriblər. Nəticədə “bizim belə bir futbolçumuz var” deyə dünyaya mesaj verirlər. Sabah ruslar Banişevskini özününküləşdirsə, bunun bir nömrəli günahkarı biz özümüz olacağıq. Onu da qeyd edim ki, artıq ruslar buna cəhd edir. Biz isə hələ gözləyirik. İş işdən keçəndən sonra ayılacağıq və sübut etməyə çalışacağıq ki, siz düz demirsiniz, Banişevski bizim futbolçudur.

Təəssüflər olsun ki, Bakıda adının stadiona qoyulmasına ən çox haqqı olan Banişevskiyə bu dəyəri verən yoxdur. Son 10 ildə bir neçə yeni stadion inşa olunsa da, hamısına futbola dəxli olmayan adlar verilib. Məsələn, "Bayıl Arena”, "Dalğa Arena”, "Bakcell Arena”. Sonuncunu “Neftçi” icarəyə götürüb. O “Neftçi” ki, Banişevski bütün karyerasını bu komandaya həsr edib. O “Neftçi” ki, Banişevski ona sadiq qalaraq SSRİ-nin nəhəng komandalarının təkliflərinin hamısını rədd edib.

Maraqlıdır ki, futbol mütəxəssislərimiz də Bakıda Banişevskinin adına stadion olmasının tərəfdarıdır, ancaq indiyədək buna təşəbbüs gəstərməyiblər.

“Mənə qulaq asan yoxdur, danışanda deyirlər, Fuad Musayevin adamıdır”



Mövzumuzla bağlı ilk olaraq AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovla danışdıq. 

O, tək Banişevskinin yox, digər futbolçuların da unudulmaqda olduğunu bildirdi: “Masallıda Banişevski adına stadion var. Ancaq çox bərbad gündədir. Buna başbilənlər bir əncam çəkməlidir. AFFA tərəfindən təşəbbüs olmalıdır və lazım olan qərar çıxarılmalıdır. Mən danışanda deyirlər, Fuad Musayevin adamıdır. Ona görə də mənə qulaq asan yoxdur. Tək Banişevski yox, bir çox güclü futbolçumuzun adı unudulmaqdadır. Elə futbolçuların adını çəkərəm ki, onu indi heç kim tanımır. Hansı ki, vaxtilə çox yaxşı futbolçu olub. AFFA-da Azərbaycan futbolçularının siyahısı var. Görün, orada həmin futbolçuların adına rast gəlmək olurmu. Biz özümüzü tanıtmaq istəmirik. Keçmişimizi unuduruq. Tarixini bilməyən bir millətin gələcəyi yoxdur.

Bütün ölkələrdə tarix yazan futbolçulara dərin hörmət var. Bir misal çəkim. Macarıstanda Ferens Puşkaşın adına stadion və hətta futbol klubu var. Həmin komanda hazırda yüksək liqada çıxış edir. Ferens Puşkaş xeyli müddət Macarıstan millisində oynayıb. Ancaq karyerasının sonuna yaxın İspaniya millisində çıxış edib. Banişevski isə Azərbaycanı heç vaxt atıb getməyib. Macarıstan Puşkaş kimi bir futbolçusunun olmasını göstərmək üçün onun adını stadion və kluba qoyur. Futbola belə münasibət bəsləyərlər. Amma bizdə futbol arxa plana düşüb”.  

AFFA Məşçilər Komitəsinin sədri Vaqif Sadıqov isə Banişevskinin “Neftçi”yə, Azərbaycana sadiqliyindən danışaraq ona lazım olan qiyməti vermədiyimizi qeyd etdi:



“Keçmişi yada salmayanlar gələcəyi heç vaxt qura bilməzlər. Keçmişimizi düzgün qiymətləndirməliyik. Təkcə stadion yox, bu gun keçirilən çoxsaylı liqaların birinə, hansısa futbol məktəbinə də Banişevskinin adını vermək olar. Futbol ictimaiyyətində çalışan elə bir insan tapılmaz ki, buna qarşı çıxsın”.

“Banişevskinin layiq olan adını gec də olsa, lazım olan səviyyəyə qaytarmalıyıq”

Düzdür, Masallıda Banişevskinin adına stadion var. Ancaq  bundan da böyük işlər görmək olar, Banişevskiyə layiq olan stadion və ya hansısa idman qurğusuna onun adını vermək lazımdır. Biz bunu etməliyik. Çünki Banişevski kimi insanlar tarixdə iz qoyurlar. O, Azərbaycana sadiq bir insan olub. Vətənini sevib, heç vaxt Azərbaycanı tərk etməyib və son nəfəsinə qədər futbolumuza xidmət edib.

Tariximizə hörmətlə yanaşmalıyıq. Keçmişi heç vaxt yaddan çıxarmaq olmaz. Keçmiş gələcəyin sütunlarıdır. Bizim futbolun sütunları isə Banişevski kimi insanlardır. Banişevskinin layiq olan adını gec də olsa, lazım olan səviyyəyə qaytarmalıyıq.

“Getdikcə Banişevskini də yaddan çıxaracağıq, Ələkbər Məmmədovu da”

Düzdür, Banişevski daim “Neftçi”də oynayıb, bu komandanı atmayıb. Ancaq Banişevski o insanlardandır ki, SSRİ yığmasında Azərbaycanı və “Neftçi”ni dünyaya tanıtdırırdı. Banişevski bunu hələ o vaxt edirdi.  Ona görə də tək “Neftçi” yox, biz hamımız birləşib, Banişevskinin adını əbədiləşdirməyə çalışmalıyıq. Ona layiq olan yeri mütləq verməliyik.

Bəlkə də getdikcə Banişevkini də yaddan çıxaracağıq, Ələkbər Məmmədovu da. Onlardan sonra gələn, yəni indiki veteranlar da yaddan çıxa bilər. Ancaq Azərbaycan futbolunda tarix yazan insanlar var. Bunu hər gün gənc nəsl futbolçulara başa salmalıyıq ki, onlar da qürurlansınlar və motivasiya olub, bu cür zirvələri fəth etməyə çalışsınlar.

Banişevski bizim futbolumuzun tarixidir. Biz tariximizə düzgün qiymət verməsək, heç nə əldə edə bilmərik. Mütləq yeni nəsil tarixində olan belə futbolçuları tanımalıdır. Bu halda gənc futbolçular daha özünəinamlı olar”.

Millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun da fikirlərini öyrəndik.

AFFA Məşqçilər Komitəsinin üzvü düşünür ki, Bakıdakı stadionların birinə Banişevskinin adının verilməsi təşəbbüsü çoxdan olmalı idi:  “Çox gözəl mövzudur. Bu təbliğatı çoxdan aparmaq lazım idi. Yadımdadır ki, Masallı Rayon İcra Hakimiyyəti məsələ qaldırdı ki, “Viləş”in oynadığı stadiona Banişevskinin adı verilsin. Onda AFFA prezidenti Fuad Musayev idi. İcraiyyə Komitəsində müzakirələrdən sonra razılıq verildi. Bununla bağlı İdman Nazirliyinə də müraciət olundu və müsbət cavab alındı. İndi də bu cür müraciətlər olmalıdır. Dahi futbolçuların adına layiqli qiymət verilməlidir.

Tofiq Bəhramov adına stadion əvvəl SSRİ dağıldığı ilk illərdə Respublika stadionu adlanırdı. Müstəqilliyimizi bərpa etdikdən sonra isə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevə müraciət etdik ki, stadiona Tofiq Bəhramovun adı qoyulsun. Tək biz yox, bütün futbol ictimaiyyəti bunu istəyirdi. Nəticədə istədiyimiz oldu. İndi də sizli-bizli hamı buna təşəbbüs göstərsə, Banişevskinin adına Bakıda stadion olar. Bu, 1-2 nəfərin işi deyil.

Banişevski bizim tariximizdir. İndiki gənclər onu tanımırlar. Bəlkə də hərdən atalarından, babalarından adını eşidirlər. Ancaq bu, Banişevskini tanıtdıra bilməz. Onu gənc nəslə düzgün tanıtdırmaq lazımdır. Azərbaycan futboluna necə xidmət etdiyini yetişməkdə olan futbolçulara başa salmaq lazımdır. Biz tariximi itiririk, sonra hansısa rus və ya erməni nəyisə özününküləşdirəndə düşürük hay-həşirə ki, bu bizimdir. Bizimdirsə, buna əvvəldən sahib çıxaq də.

Ölkələrində Ronaldo və Messiyə heykəl qoyulur. Məgər, Banişevski buna layiq deyil?

Biz Banişevskiyə sahib çıxmasaq, yeni nəsil elə biləcək ki, o rusdur. Axı Banişevski Azərbaycanda doğulub, yaşayıb və “Neftçi”də oynayıb. “Dalğa Arena”, “Bakcell Arena” bu kimi adlar stadion üçün uyğun gəlmir. Əksər ölkələrdə stadionlar futbolçuların adına olur. Görün “Real”ın stadionu neçə ildir Santyaqo Bernabeo adlanır. Klub keçmiş prezidentinin adını stadiona verib. Bizdə isə bu kimi şeylərə fikir vermirlər. Məncə, bunun üçün AFFA-nın baş katibi Elxan Məmmədova müraciət edilməlidir”.

Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

1557 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
28.03.2018  13:00 “Qurban Qurbanova təkcə Böyükağa Hacıyev söz atmaqdan çəkinmirdi”
23.03.2018  12:15 “Dedim, Böyükağa müəllim, Mourinyo deyilsiniz ki, İtaliyada sizi tanısınlar”
16.03.2018  14:44 Avrokubokların yeni formatı çempionumuza necə təsir edəcək?
08.03.2018  15:10 “Azərbaycanda hələ də futbolçu qızlara qəribə baxırlar”
02.03.2018  13:32 “Qarabağ”ın xanım fanatları: "Kişilərdən daha yaxşı azarkeşlərik”
21.02.2018  13:38 Biz niyə öz futbolumuzu sevmirik?
14.02.2018  13:40 “Transfer işləri ən bərbad vəziyyətdə olan klubumuz “Neftçi”dir”
06.02.2018  18:18 Millətlər Liqasındakı rəqiblərimiz – ikisi tanış, biri yeni
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
 
 
  20.06.18
15:28
  Avropa Liqasında bütün cütlüklər
15:15
  Portuqaliya – Mərakeş: start heyətlər
15:05
  "Uypeşt” güclü rəqibdir" - Roberto Bordin
14:38
  “Qəbələ”dən püşkə münasibət
14:15
  Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
13:51
  İslandiyalı azarkeşlər “Kalinka” oxudular - Video
13:25
  DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video
13:16
  "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
13:05
  Mundialın gözqamaşdıran azarkeşləri - Şəkillər
12:51
  “Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?
12:31
  Levandovskiyə ilk təsəllini öpüşlə verdilər - Şəkillər
12:19
  DÇ-2018-in oyunları Etopaz-da
11:48
  Vernidub rəsmən Ukrayna klubunda
11:39
  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
11:24
  Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri
10:59
  "Arsenal" qapıçı transfer etdi
10:15
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
09:51
  Dele Allinin zədəsi ciddidir?
04:41
  İlk 1/8 finalçı bu gün müəyyənləşir - DÇ-2018
02:14
  “Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”
01:50
  Yerro İranla oyundan danışdı
01:30
  “Tapşırığın öhdəsindən gəldik” - Çerçesov
01:13
  “Qarabağ” Avstriyaya yollanır
00:58
  “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
00:39
  İkinci dəfə ən yaxşı seçildi
00:23
  Rusiya millisindən tarixə düşən uğurlu start
00:11
  Dünya çempionatında qol vuran üçüncü misirli - Salah
00:00
  Rusiya - Misir - Şəkillər
  19.06.18
23:51
  Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
22:29
  Neymar məşqi yarımçıq tərk etdi
21:50
  FİFA Nyanqı seçdi
21:30
  Polşadan uğursuz start - video
21:03
  Rusiya – Misir: start heyətlər açıqlandı
20:34
  Salah əsas heyətdə!
20:13
  Yaponiyanın qələbəsi - video
19:54
  Kolumbiya – Yaponiya matçının ən yaxşısı bəlli oldu
18:47
  Rəşad Sadıqov püşkü dəyərləndirdi
18:35
  "Olimpiya"nın prezidenti "Qarabağ"dan danışdı
18:27
  Argentina – Xorvatiya oyunu özbək hakimlərə tapşırıldı
18:18
  Polşa – Seneqal: start heyətlər
17:39
  "Qarabağ"ın rəqibini yaxından tanıyaq
16:25
  “Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri bilindi
16:10
  DÇ-2018-də ilk qırmızı vərəqə
15:50
  "Qarabağ"ın oyunlarının dəqiq vaxtı açıqlandı
15:30
  Kolumbiya - Yaponiya: start heyətlər
15:08
  "Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
14:50
  "Qarabağ" keçilməz rəqib deyil" - "Olimpiya"nın kapitanı
14:40
  Kaliniç Xorvatiyaya qayıtdı
14:10
  "Qarabağ"ın rəqibi müəyyənləşdi
13:40
  Portuqaliya millisinin qapıçısı Premyer Liqa klubunda
12:47
  Günün canlı oyunları -Etopaz-da
12:20
  Sabahkı oyunların hakim təyinatları - DÇ-2018
12:04
  "Ronaldonu alqışlayıram" - Ərdoğan
11:44
  "Sportinq"də yeni baş məşqçi
11:11
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore