Fransa İnfantinoya dəstəyini geri çəkdi

Fransa İnfantinoya dəstəyini geri çəkdi
DÜNYA FUTBOLU 10 Sentyabr 2026 / 18:29 189
-  A +

Fransa Futbol Federasiyası (FFF) FİFA prezidenti Canni İnfantinoya dəstəyini geri çəkib.

QOL.az xəbər verir ki, bu barədə federasiyanın rəhbəri Filip Diallo məlumat verib.

O bildirib ki, FİFA-nın yeni kommersiya strukturu yaratmaq təşəbbüsü futbolun imicinə və birliyinə ciddi zərər vurub:

“Bu təşəbbüslər futbolun imicinə və birliyinə ciddi zərər vurub. Biz İcraiyyə Komitəsindəki həmkarlarımla hesab edirik ki, FİFA prezidentinə olan etimad itirilib. Dünya futbolunun necə inkişaf etməli olduğuna dair baxışımız artıq onun yanaşması ilə üst-üstə düşmür.

Məhz buna görə FFF İcraiyyə Komitəsi yekdilliklə Canni İnfantinoya dəstəyi geri çəkmək qərarına gəlib. Mövqeyimiz aydındır”, - deyə Diallo bildirib.

Qeyd edək ki, FİFA-da prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner