Kapitan Emin Mahmudov "Neftçi” ilə müqaviləsini 3 il müddətinə artırandan sonra klubun rəsmi saytına müsahibə verib. Qol.az xəbr verir ki, uzun müddətlik müqavilə bağladığına görə özünü xoşbəxt hiss etdiyini bildirən təcrübəli futbolçu karyerasının sonunadək "Neftçi”də qalmaq istədiyini deyib.
- Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiz?
- Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətlik müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim.
- "Neftçi” bu gün məşqləri bərpa edir. Necə düşünürsüz, komanda iyunun 21-dəki ilk oyunadək tam hazır ola biləcək?
- Fiziki hazırlığımızı 100 faiz bərpa edəcəyimizə əmin deyiləm, amma inanıram ki, məşqçilərimiz komandanı maksimum hazır edə biləcək. Qarşıda bizi çox çətin və yorucu çempionat mübarizəsi gözləyir. Buna görə də arxayınlaşmağa haqqımız yoxdur. Təbii ki, ondan sonra avrokuboklar haqda düşünməliyik. Lakin əvvəlcə qalan 8 matçı uğulu keçirmək lazımdır.
- Yəqin ki, digər futbolçular kimi siz də karantin dövrü zamanı ev şəraitində formanızı qorumağa çalışmısınız? Bu sizdə nə dərəcədə alınıb?
- Fərdi olaraq çox məşq etmişəm. Qaçış cığırında çox qaçmışam. Əlbəttə, bunlar futbol meydanlarındakı məşqləri əvəz etmir. Bununla belə, hesab edirəm ki, yaxşı formadayam.
Lukakunun "400"ü
Son 7 mövsümdə ilk
"Barselona"dan böyükhesablı qələbə
İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi
"Zirə"nin 3 qollu qələbəsindən - Video
"Birinci hissə ağır keçdi" - Rəşad Sadıqov
"Çempionatın ən sərt komandasına qarşı oynadıq"
Azər Bağırov: "Yerli oyunçu sarıdan problemlərimiz var"
"Kəpəz" - "Səbail" matçında qalib bəlli olmadı - Video
Emreli Almaniyada növbəti oyuna çıxdı
Renat assist etdi, komandası qalib gəldi
"Zirə" - "Şamaxı": Heyətlər
Peres futbolçularının hərəsinə 900 min avro mükafat verib
"Onun yoxluğunun bizə ziyanı olacaq" - Azər Salahlı
"Kəpəz" - "Səbail": Heyətlər
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına vəsiqə qazandı
Marko Rouz istefaya göndərildi