"Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun QOL.az saytına müsahibəsi
- Son turda “Sabah” üzərində qələbə qazanmaqla ili yüksək-əhval ruhiyyədə başa vurdunuz. Ümumiləşdirsək, mövsümün ilk yarısını “Şamaxı” üçün necə dəyərləndirərdiniz?
- Əlbəttə, son oyunda qalib gəlməyimiz çox yaxşı hal oldu. Çünki bu 3 xal bizim üçün çox lazımlı idi. Ümumilikdə mövsümə yaxşı başladıq, xallar yığdıq. Sonradan komandada bir qədər eniş oldu. Bu da normal haldır. Çünki bəzi oyunçularımız zədələndi, bəziləri cəzalı duruma düşdü. Bu səbəbdən də 4-5 oyunda çox əziyyət çəkdik. Buna baxmayaraq, məğlub olduğumuz oyunlarda belə futbolçularımız özlərini yaxşı tərəfdən göstərirdilər. Bu da bizə siqnal verirdi ki, xallar qazanacağıq. Məncə, qışa qədər Premyer Liqada qalmaq uğrunda mübarizədə normal xal yığmışıq. Lakin qış fasiləsindən sonra mübarizə daha da çətin olacaq.
- Artıq yanvarın 2-dən məşqlərə başlayacaqsınız. Fasilə müddətinin az olması işinizi nə qədər çətinləşdirəcək?
- Fasilə azdır. Futbolçular isə istirahət etmək istəyirlər. Ən çox da legionerlər. Çünki 4-5 ay evlərinə gedə bilməyiblər. Lakin təəssüf ki, onlara istirahət üçün çox vaxt verə bilmədik. Çempionata hazırlaşmaq üçün cəmi 2 həftə vaxtımız var. Bu müddətdə 2 yoldaşlıq görüşü keçirəcəyik. İnanıram ki, qarşıdakı 14 gün ərzində istədiyimiz formaya düşə biləcəyik.
- Cəlal Hüseynov və Murad Vəliyevi transfer etdiniz, Edqar Adilxanovla yeni müqavilə imzalandınız. Bunlardan başqa, transfer çalışmaları necə gedir?
- Transfer çalışmalarımız davam edir. Təəssüf ki, bir qədər ləng gedir. Bu da bizdən asılı olan səbəblərdən deyil. Bəzi futbolçularla razılığa gələ bilmirik, bəzilərinin klubları ilə anlaşmaq mümkün olmur.
- Heyətiniz bilirik ki, kasaddır. Buna görə də heyətə neçə futbolçu cəlb etməyi planlaşdırırsınız?
- Hardasa 5 futbolçu komandadan ayrılıb. Ona görə elə təxminən 5 futbolçu ilə güclənməliyik ki, heyətimiz kifayət qədər olsun. Yəqin ki, yaxın günlərdə də 1-2 transfer həyata keçirərik.
- Yerli futbolçu qıtlığını nəzərə alsaq, düşünmək olar ki, bundan sonra heyətinizə qatacağınız futbolçular ancaq legionerlər olacaq?
- Əslində, yerli futbolçu transfer etmək istəyirik. Xüsusən də klublarında az şans qazanan futbolçuları heyətə cəlb etməyi planlaşdırırıq. Həmin futbolçular maraq dairəmizdə olsa da, bəzi futbolçuların özləri təklifimizə isti yanaşmadılar, bəzilərinin isə klubları. Gənc, perspektivli futbolçuları heyətdə görmək istərdik. Ona görə də ola bilər ki, legioner transfer edək.
- Ara-sıra mətbuatda “Şamaxı”da maliyyə problemləri olduğu barədə xəbərlər yayılır. Bu məqam heyətin gücləndirilməsi baxımından işlərinizi nə dərəcədə çətinləşdirir?
- Xeyr, maliyyə problemimiz yoxdur. Bu kluba gələndə bütün məsələləri danışıb gəlmişdim. Əlbəttə, özümüzə uyğun büdcəmiz var. Bəlkə bu, digər klublarla müqayisədə aşağıdır. Lakin yayda da komandanı bu büdcə ilə qurmuşduq. Bəzi futbolçular komandadan ayrıldı. İndi onların yerini doldurmağa çalışacağıq. Bizə ayrılan büdcə ilə çempionatın sonuna qədər mübarizə aparacağıq.
- Son günlər komandanızın üzvü Leroy Mikelsin adı bir neçə klubla yanaşı hallanır. Futbolçuya görə “Şamaxı” hər hansısa bir klubdan rəsmi təklif alıb?
- Xeyr, Mikelslə bağlı bizə rəsmi təklif gəlməyib. Onun digər klubların maraq dairəsində olması normaldır. Çünki Mikels ən yaxşı oyunçumuzdur. Qışa qədər özünü çox yaxşı tərəfdən göstərib. Adının digər klublarla hallanmasına normal yanaşırıq. Lakin dediyim kimi, hər hansı bir təklif almamışıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”