“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunda 1/4 finalın ilk oyununda “Səbail”ə qalib gəldiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Oyun gözlədiyimiz kimi çətin keçdi. İstər meydan amili, istərsə də rəqib bizə kifayət qədər çətinliklər yaratdı. Sonda qalib gəldik. Lakin düşünürəm ki, daha yaxşı oynaya bilərdik.
- Daha yaxşı oynamağınıza nə mane oldu?
- Bəlkə də hava amilinin də təsiri oldu. Özünüz də gördünüz ki, küləyin güclü olmağı bəzən hava toplarında çətinlik yaradırdı. Ümumi götürdükdə komandamız yaxşı mübarizə apardı, sona qədər vuruşdu. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı təsir bağışlayaq.
- Yəqin razılaşarsınız ki, komandanız hazırda ideal formada deyil, hər zamankı əzəmətli “Qarabağ”a görmürük. Bunun səbəbi nədir?
- Avroliqadakı çıxışımızın da buna təsiri ola bilər. Buna baxmayaraq, toparlanmağa çalışırıq və daha yaxşı vəziyyətə gələcəyimizi bilirik. Qarşıda bizi çempionat oyunları, eləcə də kubokda cavab matçı gözləyir. Düşünürəm ki, zamanla hər şey öz yerinə oturacaq.
- “Qarabağ”ın Avroliqadakı çıxışına görə çox tənqid olunması barədə nə deyə bilərsiniz?
- Bəlkə də bunda keçənilki nəticənin rolu var. Hamı ümid edirdi ki, “Qarabağ” yenə də həmin nəticələri təkrarlayacaq. Təəssüf ki, belə alındı. Əlbəttə, biz də istəməzdik ki, nəticələr bu cür olsun. Amma fərqindəyik ki, bu idmandır. Pis çıxışımızdan nəticə çıxarıb, gələn mövsüm daha yaxşı olacağımıza əminik.
- Legioner limitinin ləğvi barədə fikirləriniz necədir? Bu, futbolumuzun xeyrinə olacaq, yoxsa ziyanına?
- Açığı, mənim üçün dəqiq fikir demək çətindir. Çünki hər iki halda müəyyən arqumentlər gətirmək olar. Bu qərarın futbolumuza faydalı olub-olmayacağını zaman göstərəcək. Bəlkə yerli futbolçular da hardasa işlərinə əvvəlkindən daha məsuliyyətli yanaşmağa çalışacaqlar. Amma dediyim kimi, indi konkret proqnoz vermək, fikir bildirmək çətindir. Mənfi də ola bilər, müsbət də. Bəlkə də yerli futbolçuların xaricə üz tutmasına gətirib çıxacaq.
- Sizcə, bu, nə dərəcədə realdır?
- Zaman göstərəcək. İndidən nəsə demək çətindir.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”