“Zirə”nin hücumçusu Rafael Utziqin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 28-ci turunda “Şamaxı”nı 3 cavabsız qolla üstələdiniz. Qələbəni necə şərh edərdiniz?
- “Şamaxı”ya qarşı bütün oyunlarımız çətin keçir. Budəfəki matç da istisna olmadı. Nəyin bahasına olursa-olsun, qələbə bizim üçün vacib idi. Bunu bacardığımıza görə sevinirəm. Çox vacib 3 xal qazandıq.
- Fasilədən sonra oyununuzun daha yaxşı alınması nə ilə bağlı idi?
- Əvvəlki turda “Sabah”la matçda da ilk hissədə bir qədər zəif təsir bağışlamışdıq. Bu dəfə də eyni hala şahidlik etdik. Yenə də ilk hissədə müəyyən çətinliklərimiz oldu. Fasilədən sonra baş məşqçimizin tapşırıqlarını daha yaxşı yerinə yetirməyə başladıq və ardıcıl qollar vurduq.
- Avrokuboklar uğrunda mübarizədə əsas rəqibləriniz olan “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” bu tur xal itirmişdi. Bu məqam “Şamaxı” ilə görüşdə motivasiyanızı daha da artırdı?
- 2-5-ci yerlərdə qərarlaşan komandalar arasında gərgin mübarizə gedir. Buna görə də hər xal qiymətlidir. Lakin biz digər oyunlara fikir vermirik. Yalnız öz matçlarımıza köklənirik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.
- Vurduğunuz qolu necə təsvir edərdiniz? Həmin epizodda qarışıqlıq yarandı və bilinmədi ki, topu siz qapıdan keçirdiniz, yoxsa Davit Volkov...
- Mənim zərbəmdən sonra topun qapı xəttini keçdiyini görmüşdüm. Buna baxmayaraq, oyun davam etdi və Volkov fərqləndi. Ümumi götürdükdə, kimin qol vurmasının fərqi yoxdur. Əsas kollektivin qələbəsidir.
- Qarşıdakı iki turda “Qarabağ” və “Neftçi” ilə səfərdə qarşılaşacaqsınız. Həmin matçlardan gözləntiləriniz nədir?
- Təbii ki, hər iki qarşılaşma çox çətin keçəcək. İstər “Qarabağ”la, istərsə də “Neftçi” ilə səfərdə oynamaq çox ağırdır. Bununla belə, düşünürəm ki, bu oyunlardan üzüağ çıxmağa qadirik. Baş məşqçimiz də bizə lazımi tapşırıqlarını verəcək.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər