"Bilirdik ki, bizi çətin rəqib gözləyir. "Kəpəz" əsas rəqibimizdir. Oyunun ciddiliyinin fərqinə varırdıq. Məncə, indiki durumda bu 1 xal bizə xeyir verəcək".
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Sanki "Səbail" 1 xal üçün oynayırdı. Turnir cədvəlindəki vəziyyətiniz bunu tələb edir?
- Futbolçuların yerinə danışmaq asan olar. Əziyyəti onlar çəkir. Yorulubsa, bir az vaxt apara bilər. Bu, futbolun qanunudur. Amma bura 1 xal üçün gəlməmişdik, 3 xal üçün gəlmişdik. Şükürlər olsun, ən azından uduzmadıq. Çempionat davam edir. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq.
- Cavid Hüseynovdan əvvəl müvəqqəti baş məşqçi təyin olunmuşdunuz. Əgər baş məşqçi postunda qalsaydınız, vəziyyət fərqli ola bilərdi?
- Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik. Rəhbərlik sağ olsun ki, həm həmin dövrdə, həm də indi mənə şans verdi. Çətin durumda olan komandaya gənc məşqçini təyin etmək asan qərar deyil. Nəsə demək çətin olar. Bəlkə də vəziyyət daha betər olardı, bəlkə də yaxşı olardı.
- Bundan sonrakı dövrdə komandanı psixoloji cəhətdən hazırlamaq çətin olmayacaq?
- Bununla bağlı həqiqətən də çox işləyirik. Cavid Hüseynovun vaxtında da komanda oynayırdı. Mən də bunu yaşamışam. Uduzduqca futbolçuda düşüş olur. Məqsədimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Ümid edirəm ki, bu durumdan çıxacağıq.
- Cavid Hüseynovla dost olmusunuz. Onun gedişindən sonra baş məşqçi təyin olundunuz. Bu, münasibətlərinizə təsir etməyəcək?
- Bizim Cavidlə səmimiyyətimizə şübhə olmasın. Ailəvi dostluğumuz var. Mən Cavid Hüseynovdan qabaq da burada idim. Onun komandadan hansı şəkildə getməsi bizim dostluğumuza xələl gətirməyəcək. İnsanlar danışacaq, bu, normaldır. Hansısa insanın ağzını yummaq mümkün deyil. (sportal.az)
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər