“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov dünən "Zirə"yə qarşı keçirilən Misli Premyer Liqasıın 22-ci turunun oyunundan (2:1) sonra jurnalistlərə müsahibə verib.
QOL.az müsahibəni təqdim edir.
- Dramatik keçən oyunda “Zirə”ni məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Maraqlı oyun oldu. Meydanda mübarizə çox idi. Ola bilər, azarkeşlər 90 dəqiqə boyunca gözəl oyuna şahidlik etmədilər. Lakin sonluq çox gözəl alındı.
- Hər şey qolsuz heç-heçəyə doğru getdiyi anda nə baş verdi ki, 5 dəqiqə ərzində ardıcıl 3 qol izlədik?
- Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz də istəkli idik, "Zirə" də. Sona qədər heç bir komanda dayanmırdı, qalıb gəlmək, 3 xal qazanmaq istəyirdi. Ola bilər buna görə sonluq belə dramatik alındı. Çox şadam ki, yekunda 3 xal qazanan tərəf biz olduq.
- Qələbəyə baxmayaraq, razısınız ki, oyun baxımından "Neftçi" o qədər də inamlı deyildi?
- Məncə, hər iki komanda daha yaxşı oyun sərgiləyə bilərdi. Düzdür, qol epizodları çox deyildi. Lakin meydanda mübarizə var idi. Biz daha yaxşı oynaya bilərik. Zamanla bundan da inamlı təsir bağışlayacağımıza inanıram. Belə qələbələr komandaya güvən verir.
- Artıq ardıcıl üç oyundur "Neftçi" qələbə qazanır...
- Təbii ki, buna görə sevinirik. Dediyim kimi, ardıcıl qələbələr komandaya inam verir. İnam olan yerdə isə nəticələr də yaxşılaşır.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Qələbə seriyasını davam etdirmək mümkün olacaq? “Qarabağ”ın hazırda yaxşı formada olmaması 3 xal şansınızı artırır?
- Bizim üçün rəqibin hansı formada olmasının önəmi yoxdur. Hər matça olduğu kimi, "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq. Ola bilər çempionatda şansımız o qədər də çox deyil. Lakin "Neftçi" olaraq hər matçda hədəfimiz qalib gəlməkdir. Azarkeşlərimizə borcluyuq. Çünki turnir cədvəlində aşağı pillələrdə qərarlaşdaq da, fanatlarımız hər zaman yanımızdadırlar, bizi dəstəkləyirlər. Onlar üçün qələbə qazanmalıyıq.
- Yəni “Neftçi” üçün əsas hədəf kubokdur?
- Hazırda o barədə çox düşünmək lazım deyil. Real yanaşsaq, bəli, çempionatda yuxarı pillələrdən xeyli aralı düşmüşük. Mövsümün ilk yarısında çox xal itirmişik. Buna görə də ilk növbədə oyunumuzu yaxşılaşdırmalıyıq. Avrokuboklara vəsiqə qazanmaq baxımından kubokda şansımız daha çoxdur.
- “Zirə” ilə matçda hesabı açdınız. Bu qol özünəinamınızı artıracaq?
- Emin Səfərov çox yaxşı keçid etdi, gözəl də ötürmə verdi. Zərbəm də alındı. Qollar vurduğum üçün sevinirəm. Bu, mənim üçün vacibdir. Komandaya kömək etmək istəyirəm. Buna görə də çox qol vurmaq, assist etmək lazımdır. Komandamızın buna ehtiyacı var.
- Demək olar ki, Emin Mahmudov əvvəlki formasını bərpa edir?
- Komandamız mənə kömək edir. Əvvəl nisbətən arxada oynayırdım. İndi isə komanda yoldaşlarım kömək edirlər, daha çox irəlidə oynayıram. Bu baxımdan ola bilər ki, oyunum yaxşılaşıb. Üstəlik, məşqçinin güvəni də vacib rol oynayır. Samir müəllimin etimadı mənim üçün mühüm əhəmiyyət kəsb edir.
- Son günlər ən çox müzakirə olunan mövzulardan biri legioner limitinin ləğvidir. Millinin aparıcı üzvü kimi siz bu barədə hansı fikirdəsiniz?
- Artıq qərar verilib, ona görə də danışmağımız heç nəyi dəyişməyəcək.
- Bəs komanda sayının artması?
- Komanda sayının artması yaxşıdır. Növbəti mövsümlərdə də say artsa, çempionatımız daha da maraqlı keçər. Düzdür, hələlik format məlum deyil. Baxaq görək, nə olur. Ümid edirəm ki, hamımız üçün xeyirlisi olar.
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi