“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun QOL.az saytına müsahibəsi
- İlin son turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzdunuz. Çempionu büdrətmək üçün nə çatışmadı?
- Bu, heç də asan deyildi. Çünki “Qarabağ”a qarşı oynayırdıq. Onun da çox güclü olduğunu hamı bilir. Amma biz “Qarabağ”a qarşı qorxusuz oynadıq. Sadəcə təəssüf ki, yaxaladığımız epizodları qola çevirə bilmədik. Bu da məğlubiyyətə gətirib çıxardı.
- İkinci hissənin əvvəlində hakim VAR-a baxdıqdan sonra komandanızın vurduğu qolu hesaba almadı. Sizcə, bu, düzgün qərar idi?
- Bu barədə heç nə demək istəmirəm. Onsuz da nəsə dəyişməyəcək. Necə deyərlər, olan olub artıq.
- Amma yəqin razılaşarsınız ki, bu qərardan sonra “Araz-Naxçıvan” ruhdan düşdü...
- Razıyam. İkinci hissəyə çox yaxşı başlamışdıq. Ard-arda hücumlar təşkil edirdik. Həmin qol hesaba alınsaydı, bəlkə də nəticə fərqli olardı. Lakin qol ləğv olundu və adrenalinimiz düşdü. Yenə də məğlubiyyətdən qaçmağa cəhd etsək də, əvvəlki kimi inamlı deyildik. Nəticədə də rəqib ikinci qolu vurmaqla oyunun taleyini həll etdi.
- Fikrinizcə, “Qarabağ” - “Araz-Naxçıvan” matçınını taleyini nə həll etdi: bəxt rəqibin tərəfində oldu, yoxsa ustalıq səviyyəsi sözünü dedi?
- “Qarabağ”ın səviyyəsi çox yüksəkdir. Bu matçda hesabı açan tərəf onlar oldular. Bu cür matçlarda irəli keçən böyük üstünlük qazanır. Bizim də imkanlarımız oldu. Amma dediyim kimi, onları dəyərləndirə bilmədik. Uduzduğumuz üçün çox təəssüflənirik.
- 15 tur məğlubiyyət acısı yaşamayan “Araz-Naxçıvan” ilin son iki turunda uduzdu. Bu məğlubiyyətlər mövsümün ikinci hissəsi üçün komandaya psixoloji cəhətdən mənfi təsir etməyəcək?
- Düşünmürəm. Məğlubiyyətsizlik seriyasını mövsüm boyu saxlamaq çətindir. Lakin 18 tur ərzində 3 məğlubiyyət heç də pis nəticə deyil. Hər halda mövsümün əvvəlində çoxları bu cür çıxış edəcəyimizi gözləmirdi. 39 xal yığmışıq və bu, əla nəticədir.
- Yolun sonunda avrokuboklar görünür?
- Gücümüz var. Özümüzə inanırıq. Lakin çempionatın sonuna çox var. Hələ daha iki dövrə mübarizə aparmalıyıq. Ona görə də düşünürəm ki, indidən avrokuboklar barədə danışmaq çox tezdir. Biz özümüz də hazırda mövsümün sonunu düşünmürük.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi