Türkiyənin “Qalatasaray” klubunun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov Qol.az saytına müsahibə verib.
- Emin bəy, bu günlərdə Bakıda “Qalatasaray”ın rəsmi fan-şopu açılıb. Bu, hansı zərurətdən irəli gəldi?
- Azərbaycanda fan-şopumuza tələbat çox idi. Bilirsiniz ki, Azərbaycanda çox sayda “Qalatasaray” azarkeşi var. Şəxsən mənə və kluba çox sual verilirdi ki, niyə Azərbaycanda “Qalatasaray”ın fan-şopu yoxdur? Biz də bu tələbə görə belə addım atmalı olduq. Ötən həftənin şənbə günündən fan-şop fəaliyyətə başladı.
- Bu fan-şopa maraq hansı səviyyədədir?
- “Qalatasaray” idman markası ilə Türkiyədə bir çox yerdə fan-şoplar var. Ancaq ilk dəfədir ki, Türkiyə xaricində bir fan-şop açıldı. Bu da Bakıda oldu. “Qalatasaray”ın bu addımı üçün çox şadıq. Çünki Azərbaycandakı azakeşlər üçün sevimli klublarının formasını almasına şərait yaradılıb. Bu günə qədər azərbaycanlı azarkeşlər “Qalatasaray”a məxsus lisenziyalı məhsulu yalnız Türkiyəyə gedəndə ala bilirdilər. Hazırda isə Bakıda bu məhsulları almaq mümkündür.
- Qarşıdakı illərdə Bakıda “Qalatasaray” fan-şopların sayı arta bilər?
- İnşallah, olar. İlk dəfədir ki, Azərbaycanda başqa bir ölkənin fan-şopu açılır. Yalnız “Qalatasaray”dır ki, Azərbaycandakı azarkeşlərini bu istiqamətdə sevindirdi. Nə “Beşiktaş”ın, də başqa bir klubun belə bir təşəbbüsü var. Ümid edirəm ki, Azərbaycandakı fan-şoplarımızın sayı daha da artar.
-“Qalatasaray” və “Qarabağ” əməkdaşlıq çərçivəsində 2023-cü ildə Bakıda yoldaşlıq oyunu keçirdi. Bu əməkdaşlıq indi hansı səviyyədədir? Komandaların növbəti qarşılaşması nəzərdə tutulubmu?
- “Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bəli, bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah bir oyun təşkil olunacaq.
- Oyunun vaxtı bəllidir?
- Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər. Dəqiq vaxtla bağlı məlumat verə bilmərəm.
- Bir müddət əvvəl “Qarabağ”la “Qalatasaray”ın Xankəndidə yoldaşlıq oyunu keçirməsi ilə təklliflər də irəli sürülmüşdü. Belə bir matçın keçirilməsinə “Qalatasaray” tərəfi necə baxır?
- Elə bir söhbət var idi. Amma sonda təhlükəsizlik səbəbindən alınmadı. Yəqin ki, bir gün bu oyunu keçirmək bizə nəsib olar. Əlbəttə ki, biz bu oyunun keçirilməsini istəyirik. Klub prezidenti Dursun Özbək də “Qarabağ”la Bakıda keçirilən oyunda cənab Prezident İlham Əliyevə demişdi ki, biz “Qarabağ”la hər yerdə oynaya bilərik, heç bir poblem yoxdur.
- “Qalatasaray”ın maraq dairəsində olan azərbaycanlı futbolçular varmı?
- Azərbaycanda çox yaxşı futbolçular var. “Qalatasaray” onların hər birini izləyir. Amma hələ ki, hər hansı bir futbolçu üçün müraciət olunmayıb. Skautlarımız azərbaycanlı futbolçuların oyunlarına baxır. “Qalatasaray” həmişə Türkiyədə ən yüksək yer uğrunda oynayan komandadır. Əgər “Qalatasaray” səviyyəsində bir futbolçu olarsa, mütləq transfer ediləcək. Biz də istəyərik ki, Azərbaycandan hansısa oyunçu “Qalatasaray”a cəlb edilsin.
Ramiq Ağaməmmədov
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub