Azərbaycan 1-ci liqasının hazırkı lideri “Qəbələ” klubunun kapitanı Asif Məmmədovun QOL.az saytına müsahibəsi
- Asif, komanda olaraq işləriniz necə gedir? Hər şey gözlənilən kimidir?
- Hər şey yaxşı gedir. Deyərdim ki, istədiyimizdən də yaxşıdır. Düzdür, qərar verilib ki, 1-ci liqadan Premyer Liqaya 3 komanda yüksələcək, amma bizim hədəfimiz dəyişmir. Çempion olmağı lap əvvəldən qarşımıza məqsəd qoymuşuq. Hər gün bu barədə danışırıq ki, qərarın bizə təsiri olmamalıdır, arxayınlaşmaq olmaz, hədəf ancaq çempionluqdur. Rəhbərlik də bu hədəfi qoyub qarşımıza.
- “Qəbələ”nin digər rəqiblərindən aşkar üstünlüyü Premyer Liqadan gəlməsi ilə bağlıdır, yoxsa başqa amillər də var?
- Premyer Liqada oynayan heyətdən demək olar ki, 3-4 futbolçu qalıb. Onlar da o dövrdə əsas heyətdə az yer alırdılar. Biz yaxşı heyət formalaşdırdıq. Baş məşqçi seçimində qərar düzgün oldu. Mən əsas səbəbi bunda görürəm. Yenə deyirəm ki, heyətimiz demək olar ki, yenidir. Premyer Liqadan qayıdan heyətdən əsər-əlamət yoxdur.
- Maraqlıdır ki, ilk və hələlik yeganə qolu da 14-cü turda buraxdınız.
- Desəm ki, rəqiblərin qapımız qarşısına qol imkanları olmayıb, doğru olmaz. Müdafiə xəttimiz yaxşı çıxış edib. Baş məşqçimizin oyun sistemi də belədir. Kaxaber Sxadadzenin komandaları həmişə az qol buraxıb. Baş məşqçinin əməyini danmaq olmaz.
- Sabah 1-ci liqanın iddialı klublarından olan “Karvan”la oyununuz var.
- “Karvan” yaxşı komandadır. Səfər oyunumuzda bizə çox müqavimət göstərdilər. Amma biz evdə oynayacağıq, qələbə üçün meydana çıxacağıq. “Karvan” əsas rəqiblərimizdən biridir. Ona görə də bu matça çox ciddi yanaşırıq. Hava şəraiti imkan versə, çox maraqlı oyun olacaq.
- Meydana çox az çıxırsınız. Hər hansı zədə var, yoxsa yaşla bağlıdır? Yayda 39 yaşınız tamam olacaq.
- Əvvəl ayağımda zədə var idi. Həm də biz mövsümün əvvəlindən bu barədə danışmışdıq. Məşqçi ilə söhbətimiz olmuşdu ki, ehtiyac olarsa, mən meydana çıxaram, olmasa, daha çox cavanlar oynasın. Şükür Allaha ki, mənə hələ ki, ehtiyac yoxdur. Açığı, mən Kaxaber Sxadadzenin təhriki ilə futbolçu kimi karyeramı davam etdirirəm. Baş məşqçimiz dedi ki, komandanın içində olmalısan. Çünki məşqçi başqadır, futbolçu başqa. Futbolçu kimi qalmağım məsləhət görüldü. Mən də düşünürəm ki, oynadığımı oynamışam, bəsdir. İndi gənclərə yer verək.
- Deməli, karyeranızı bitirməyə az qalıb?
- İnşallah çempion olarıq. Yəqin ki, həmin çempionluq zamanı futbolçu karyeramı yekunlaşdıracam.
- Məşqçiliklə bağlı fikriniz nədir?
- Artıq B kateqoriyasını almışam. Kurs keçdiyim zaman “Qəbələ”nin U-14 komandasına baş məşqçilik etdim. 4-5 ay uşaqlara məşq keçdim. Mövsümün axırında klubla danışacam. Neçə illərdir ki, “Qəbələ”dəyəm. Başqa klublardan da mənə köməkçi məşqçi işi təklif olunmuşdu, amma istəmədim. Komandanı bu vəziyyətdə qoyub getmək olmazdı. “Qəbələ” mənim üçün artıq bir klub deyil. Həqiqətən “Qəbələ” mənim üçün bir ailədir. Təklif edən klubların şərtləri də burdakından daha üstün görünürdü, amma mən “Qəbələ”də qalmağı seçdim.
- “Qəbələ”də məşqçi kimi əsas komandada çalışacaqsınız?
- Yəqin ki, belə olacaq. Onu da danışmalıyıq.
- AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolu ilə bağlı mühüm qərarlar verdi. Premyer Liqada klub sayı artırılır. Legioner limiti ləğv edildi. Bu haqda da fikirlərinizi bilmək istərdim.
- AFFA-ya yeni rəhbərlik gəlib, təzə era başlayır. Bunu da sınayaq. Təki Azərbaycan futboluna bir xeyri olsun. Mən deməzdim ki, legioner limitinin ləğvi azərbaycanlı futbolçunun qarşısının alınması üçündür. Əgər sən yaxşı futbolçusansa, oynayacaqsan. Məsələn, “Qarabağ”ın yerli futbolçularına baxmaq lazımdır. Digər klublarımızda da yaxşı yerli futbolçular var. Bizim klublarımız onsuz da, fantastik legionerlər gətirə bilmir. Hamı bilir ki, bizdə əcbəbi futbolçuların oyunlarının videosunu izləyirlər. Yəni gedib onu neçə ay izləmirik. Video ilə götürülən futbolçular isə hamısı uğurlu transfer olmur. Nə baş verir? Həmin futbolçu ehtiyatda qalır və azərbaycanlı futbolçunu oynadırsan. Məncə, yaxşı futbolçular yenə oynayacaq. Azərbaycanlı futbolçular limitə görə oynamasa, daha yaxşıdır. Bundan sonra yerli futbolçular öz üzərlərində daha çox işləməli olacaqlar. Yəni bundan sonra görəcəklər ki, heyətə düşmək asan deyil, mübarizə aparmaq lazımdır. Əvvəl məşqdə nəyisə bir dəfə edirdilərsə, indi 3 dəfə təkrarlamalıdırlar.Hər halda “Qəbələ” 11 legionerlə oynamayacaq. Biz öz akademiyamızın yetirmələrinə şans verəcəyik. Klub sayının artırılması isə çox gözəldir. Hər klub 23 legioner gətirən deyil. Hər komandada ən azından 10 azərbaycanlı futbolçu olacaq. Bu da o deməkdir ki, 120 azərbaycalı futbolçu Premyer Liqada oynayacaq. Bütün klubların işi milli komandaya futbolçu verməkdir. Qərarlar da elə milli komandanın inkişafı üçün verilib. Hər halda 120 azərbaycanlı futbolçunun içindən milli komanda üçün seçim etmək çətin olmayacaq. Mən elə düşünürəm ki, bundan sonra yaxşı olacaq. Bunu gənc və yerli futbolçular da belə düşünməlidirlər. Sizə bir məqamı deyim. Məsələn, millimizin mart ayındakı toplanışına kimlərin çağırılacağını indidən bilirik. Heyətdə kimlərin olacağı 99 faiz bilinir. Amma 15 il bundan qabaq heç kim bilmirdi ki, milliyə kim çağırılacaq. İndi isə hər dəfə eyni oyunçular dəvət alır. Bu da düzgün deyil. Belə çox qabağa gedə bilmərik.
İndi ən vacib məsələlərdən biri stadionların durumudur. Mən 1-ci liqadakı bərbad durumu görürəm. Stadionlar çox pis vəziyyətdədir.
- Həmin bərbad stadionlar oyununuza nə dərəcədə təsir edir?
- Elə meydançalar var ki, orda oynamaq mümkün deyil. Bizim kimi komandaya belə meydançalar çox pis təsir edir. Yəni öz futbolumuzu oynaya bilmirik. Məcbur olursan ki, o meydançaya uyğun futbol oynayasan. Rəqiblərimiz “Qəbələ”yə gələndə futbolçular özlərini futbolçu kimi hiss edir. Stadionlar nə qədər gözəl olsa, azarkeş də çox gələr. Məncə, indi daha vacib olan stadionların düzəlməsidir. Yəni bu, komanda sayının artırılmasından da vacibdir. Pis meydança futbolçunun “belini qırır”, karyerasına zərbə vurur.
- Ən çox hansı stadionda əziyyət çəkirsiniz?
- Elə “Karvan”ın stadionu. Bizimlə oyunlarında yağış da yağmışdı. Orda artıq futbolu fikirləşmirsən. Yəni ancaq döyüşmək lazımdır, futbol oynamaq yox. Özünü də zədədən qorumalısan. “Mingəçevir”, “İmişli”, “Bakı Sportinq”in stadionunda da meydança pis durumdadır. Stadionların 90 faizində paltardəyişmə otaqlarının vəziyyəti biabırçıdır. Birində isti su yoxdur, birində soyuq su. Eləsi var ki, heç ümumiyyətlə su yoxdur. Amma bunların çoxunu aradan qaldırmaq olar. Futbolçu əsas meydançanı düşünür. Oynadığın yerdə böyük çalalar varsa, düşünürsən ki, mən burda hansı futbolu göstərim? Artıq futbolu yox, ikinci planı düşünürsən.
Ramiq Ağaməmmədov
"Real"da ciddi itki
Bekhem Messini təriflədi
"Real"dan ayrılır
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi
"Biz "Mançester Yunayted" azarkeşlərinə nəsə verdik"
"Ən pis dövrümüzü yaşayırıq" - "Çelsi"nin baş məşqçisi
Droqba Mourinyonu müdafiə etdi
Antoni üçün şad xəbər
PFL-in direktoru “Panatinaikos” - “Fiorentina” oyununda
Messi və Suares cərimələndi
Tuhel şahzadə ilə görüşdü
"Liverpul"un baş məşqçisi 2 oyunluq cəzalandırıldı
1-ci liqada 5 oyunun vaxtı bilindi
Daha bir Superliqa klubu əcnəbi hakim tələb edir
Juninyonun bəxtsizliyi
"Yuxudan oyananda "Barselona"ya qol vuracağımı bilirdim"
Bu koreoqrafiya tənqidlərə səbəb oldu - Video, Şəkillər
Kapitan "Milan"dan ayrılacaq
İbrahimoviç: "Kostyum geyinməyə dözə bilmirəm"
İndi xəbərlərimiz daha əlçatandır!
“Qəbələ” – “Karvan” oyununun hakimləri açıqlandı
“Qarabağ” klubu həmişə fərqli missiya daşıyıb" - Tahir Gözəl
“Nürnberq” Mahirə nə qədər qiymət qoyub? - Almanlar açıqladı
Ronaldo "Valensiya"nın sahibi ola bilər
Xavi "Mançester Yunayted"ə "yox" deyib
Valerien İsmael bu klubu çalışdıracaq
Messi və Suares qol vurdu, "İnter Mayami" mərhələ adladı