Moskvanın “Dinamo” klubunun qapıçısı, “Qarabağ”ın sabiq futbolçusu Andrey Lunyov Rusiyanın futbol klublarının və milli komandalarının beynəlxalq arenaya qayıtmaq perspektivlərini dəyərləndirib.
QOL.az xəbər ki, o, bu barədə “RB Sport”a danışıb.
33 yaşlı qapıçının fikrincə, yaxın vaxtlarda Rusiya təcriddə qalacaq. O, Rusiyanın 2026-cı il dünya çempionatına wild-card (xüsusi dəvət) ala bilməsinin mümkünlüyünə dair fikirlərlə bağlı deyib:
“Mənim fikrimcə, bu mümkün deyil. Hazırkı siyasi vəziyyəti görürük, realist olmaq lazımdır. Yaxın vaxtlarda bu, gerçək görünmür”.
Lunyova görə, bu, yalnız Ukraynadakı müharinə dayandıqdan sonra baş verəcək: “Biz nə Amerikada, nə Afrikada yarışırıq. Biz Avropada oynayırıq və Avropa ölkələri Rusiyanın qayıdışına heç bir işarə vermir. Cəmi iki-üç ölkə bizə nisbətən neytral yanaşır, qalanlarının isə bizə qarşı mövqeyi dəyişməyib”.
Xatırladaq ki, Rusiya milli komandası və klubları 2022-ci ilin fevralından beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi təzavüzü olub.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı