“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Gərgin keçən oyunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Matçın əvvəlində azlıqda qaldıq. Buna baxmayaraq, təslim olmaqdır. Əsl komanda ruhu göstərdik. Yekunda bu birliyimiz öz nəticəsini verdi və matçdan 3 xalla ayrıldıq.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Açıq-aşkar penalti idi. Mən heç rəqib futbolçunun hardan gəldiyini görmədim. Topa təmas yox idi.
- Qeyd etdiyiniz kimi, matçın əvvəlində azlıqda qaldınız. 10 nəfərlə qaldıqdan sonra qələbəyə olan inamınız itmədi?
- Xeyr, inam var idi. İlk dəfə deyil ki, bu cür situasiya ilə üzləşirik. Daha əvvəllər də bu cür hallar olub. Əsl xarakter nümayiş etdirdik. Bu da nəticədə özünü göstərdi.
- Müəyyən fasilədən sonra yenidən “Neftçi”yə qarşı oynadınız. Rəqibdə hər hansı dəyişiklik var?
- Mənim üçün dəyişən bir şey yoxdur, çünki yenə də qalib gəldik. Bu, Azərbaycan derbisidir. Bütün ölkənin diqqəti bu oyunda olur. Odur ki, bu matçda qələbə qazanmaq bizim üçün vacib idi.
- Ötən oyunda qol vurdunuz, məhsuldar ötürmə müəllifi oldunuz. Bu dəfə isə komandanıza penalti qazandırdınız. Qayıdışınızı uğurlu hesab etmək mümkündür?
- Düşünürəm ki, hə. Əslində özümün bu barədə nəsə deməyim düz çıxmaz. Amma ümumi mənzərəyə baxdıqda belə görünür.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda