“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın QOL.az saytına müsahibəsi
- “Turan Tovuz” üzərində qazanılan qələbəni (4:1) necə şərh edərdiniz?
- Ümumi götürdükdə çox maraqlı oyun oldu. Xüsusən də azarkeşlər üçün. Hər iki komanda meydanda maksimum gücünü qoyub, qələbə qazanmağa çalışırdı. Yekunda istəyinə çatan tərəf biz olduq. Şadam ki, bu cür gərgin, maraqlı oyunda 3 xal qazandıq.
- Nəhayət ki, “Qarabağ” bu mövsüm “Turan Tovuz”a qalib gələ bildi...
- “Turan Tovuz” çox yaxşı mövsüm keçirir. Komanda həqiqətən də tərifəlayiqdir. Düzdür, əvvəlki matçlarda da pis çıxış etməmişdik. Deyərdim ki, hardasa fortuna bizim tərəfdə deyildi. Bu dəfə isə hər şey bizim üçün yaxşı yekunlaşdı və qələbə qazandıq.
- Tovuz şəhər stadionundakı atmosferi bəyəndiniz?
- Burada əlavə şərhə ehtiyac yoxdur. Tovuz stadionunda həmişə anşlaq yaşanır. Belə şəraitdə oynamaq çox xoşdur. Ümid edirəm ki, digər stadionlarda da belə ab-hava olacaq. Yeganə çatışmayan cəhət kimi ot örtüyünün süni olmasını qeyd edərdim. Düşünürəm ki, ot örtüyü təbii olsa, hər şey daha da mükəmməl olar.

- Növbəti turda “Zirə” ilə qaşılaşacaqsınız. Demək olar ki, “Qarabağ” həmin matçda artıq çempionluğun taleyini həll edə bilər?
- Yox, çempionluğun taleyini həll etmək üçün hələ tezdir. Mövsümün sonuna 8 tur qalıb. Qarşıda çox vacib matçlar var. İndidən çempionluq barədə düşünmürük.
- Qarşıdan kubokun yarımfinalı gəlir. “Qarabağ”ın “qızıl dubl” etmək şansı nə dərəcədə realdır?
- İşimiz və məqsədimiz budur. Çalışacağıq ki, “qızıl dubl” edək. Mövsümü iki titulla başa vurmaq istəyirik.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır