“Səbail”in israilli yarımmüdafiəçisi Gitay Sofirin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 23-cü turunda “Sabah”la heç-heçə oynadınız. Qolsuz bərabərliyi necə şərh edərdiniz?
- Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Qol epizodları çox olmasa da, temp yüksək idi. Qalib gəlmək istəyirdik. Sonda yaxşı şansımız da var idi. Təəssüf ki, qələbə qolunu vurmaq mümkün olmadı və yekunda 1 xalla kifayətləndik.
- Havanın çox küləkli olması oyununuza nə dərəcədə təsir etdi?
- Bəli, hava şəraiti çətin idi. Amma Bakıda həmişə güclü küləklər olur. Həm havanın soyuq olması, həm də güclü külək işimizi çətinləşdirirdi. Lakin bundan şikayətlənə bilmərik. Çünki şərtlər hər iki komanda üçün bərabər idi.
- Əvvəlki turda “Qarabağ”a 0:5 hesabı ilə uduzmuşdunuz. Üstəlik, bütün qollar son 15 dəqiqədə vurulmuşdu. Həmin məğlubiyyətdən sonra toparlanmaq, psixoloji cəhətdən “Sabah”la matça köklənmək çətin olmadı?
- Bəli, “Qarabağ”a qarşı heç də pis mübarizə aparmamışdıq. Yalnız sona yaxın qapımızda qol gördük. Sonradan isə rəqib ard-arda fərqləndi. Bunda yorulmağımızın da rolu oldu. Lakin heç vaxt keçmişlə yaşamırıq. Fikrimiz yalnız hər növbəti matçda olur. Mental olaraq ancaq qarşıdakı oyunlara köklənirik.
- Öz çıxışınızı necə qiymətləndirirsiniz? Son zamanlar sizi daim əsas heyətdə görmürük...
- Mən istər məşqlərdə, istərsə də oyunlarda əlimdən gələni edirəm. Çalışıram ki, komandama köməyim dəysin, fərqi yoxdur, əsas heyətdə meydana çıxdım, yaxud sonradan oyuna qoşuldum. Mühüm olan komandamızın uğurudur.
- Hazırda turnir cədvəlində “Kəpəz”dən iki xal geri qalırsınız. “Səbail”in Premyer Liqada qalmaq şansını necə dəyərləndirirsiniz?
- Düşünmürəm ki, biz sonuncu olacağıq. “Səbail” Premyer Liqanı tərk etməyəcək. Əminəm ki, turnir cədvəlində daha üst pillələrdə qərarlaşacağıq. Bu, sadəcə vaxt məsələsidir.
- Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- “Araz-Naxçıvan” yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Bizi çox çətin qarşılaşma gözləyir. Rəqib hər nə qədər güclü olsa da, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video